BAKU Azərbaycan
°C

Ölkənin ən geniş filial şəbəkəsinə malik olan "Kapital Bank" bank xidmətlərinə olan tələbatı nəzərə alaraq və müştərilərə göstərilən xidmət keyfiyyətini artırmaq məqsədilə yeni 28 Mall filialını istifadəyə verib.

Gundem.az xəbər verir ki, yeni açılan filial Bakı şəhərinin mərkəzində, Azadlıq prospekti 45 ünvanında, 28 Mall AVM-də yerləşir. Yeni filial müştərilərə ənənəvi bank xidmətləri göstərmək üçün bütün zəruri imkanlara və şəraitə malikdir.

"Kapital Bank"ın 28 Mall filialı müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. 

Qeyd edək ki, "Kapital Bank" bir neçə il əvvəl ölkə üzrə həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası layihəsini tam bitirsə də, müştəri xidməti keyfiyyətini artırmaq üçün bir sıra işləri davamlı olaraq həyata keçirir. Paytaxt Bakı ilə yanaşı regionlarda da bank xidmətlərini daha əlçatan etmək məqsədilə yeni xidmət nöqtələri açılır. Bu kimi işlər gələcək illərdə də davam etdiriləcək.

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

 

Son xəbərlər

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Bütün xəbərlər