BAKU Azərbaycan
°C

İqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycan Mərkəzi Bankının açıqladığı 2022-ci il üçün maliyyə hesabatı ilə bağlı maraqlı məqamları qeyd edib.

Gundem.az xəbər verir ki, ekspert ötən il Mərkəzi Bankın aktivlərində ciddi artım olduğunu bildirib.

“Bankın aktivlərində ciddi artım olub – 18 faizə yaxın və ya 4.4 milyard manat. Aktivlərin genişlənməsində cəlb edilmiş vəsaitlərin payı həlledici olub - borc qiymətli kağızlarının buraxılışı hesabına əvvəlki illə müqayisədə 1.2 milyard manat əlavə vəsait, rezident bankların qısamüddətli depozitləri hesabına 2 milyard manata yaxın vəsait cəlbi olub. 2 milyard manatdan artıq emissiya həyata keçirilib.

Aktivlərin 70 faizdən çoxu (22 milyard manat) borc qiymətli kağızlarına yatırılıb və bu, əvvəlki ildəkindən 5 milyard manat çoxdur.

Beynəlxalq maliyyə standartları baxımından yanaşdıqda, Mərkəzi Bankın qiymətli kağızlarının az hissəsi - təxminin 1,4 milyard manatı ticarət məqsədli və qısa müddət ərzində bazar dəyərinin dəyişməsindən mənfəət əldə etmək məqsədli alətlər (məsələn, səhmlər) olub. Daha böyük hissəsi (11,1 milyard manat) son müddətə qədər əldə tutulan, daha çox sabit gəlirli alətlərdir (istiqrazlar, notlar). Bütövlükdə xarici bazarlarda borc qiymətli kağızlarına yatırılan 12,5 milyard manata yaxın vəsaitin 10,1 milyard manatı müxtəlif notlara (5,6 milyard manatı xarici dövlətlərin xəzinədarlıq notları) yatırılıb. Notlar daha qısamüddətli (1 ilədək) olan borc kağızlarıdır.

AMB-nin borc qiymətli kağız portfelinin təxminən 9,4 milyard manatı Beynəlxalq Bankın salındığı bataqlıqdan çıxarılması üçün “Aqrarkredit”in vasitəçiliyilə buraxılan (illik 0,15 faizlə 30 illiyə) borc kağızlarına yatırımdır.

Maraqlıdır ki, son 3 ildə hökumət bu portfelin azaldılması istiqamətində addım atmır. Borclanmanın baş verdiyi son 7 ildə isə əsas borcun hətta 10faizindən az hissəsi geri dönüb.

Mərkəzi Bankın qeyri-rezident banklarda yerləşdirdiyi nağd pul vəsaitlərinin həcmi 2 milyard manata yaxın artaraq təxminən 5.4 milyard manat olub.

Törəmə maliyyə alətləri (svop, fyuçers, forvard) üzrə əməliyyat dövriyyəsi kiçik olub və əvvəlki ilə nisbətən 2 dəfədən çox azalıb.

AMB-nin aktivlərinin 30 faizə yaxını (11,6 milyard manat) ölkə daxilinə, 70 faizi xaricə (o cümlədən, 11.4 milyard manat Şimali Amerika, 3.8 milyard manatı Avropa) bağlıdır.

Hesabatda aktivlərin strukturu və coğrafiyası ilə bağlı əvvəlki illərə nisbətən daha geniş məlumatlar açıqlansa da, valyuta ehtiyatlarının idarə edilməsinə dair ayrıca rüblük hesabatlar da ola bilər. Ən azından bu sahədə Neft Fondunun hesabatlılıq təcrübəsi istifadə edilə bilər”, - iqtisadçı qeyd edib.

Son xəbərlər

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ

19, 20, 21 və 28 may tarixləri ilə bağlı əhaliyə MÜHÜM XƏBƏRDARLIQ!

İlham Əliyev İraq Parlamentinin sədrini QƏBUL ETDİ - FOTO

Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO

Ağakərimin son vəziyyəti AÇIQLANDI

Ukraynada yaralanan azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI

Bütün xəbərlər