10.07.2023 / 13:20
183
“TotalEnergies” “Abşeron” yatağından qaz hasilatına başlayıb
Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.
Gundem.az xəbər verir ki, bu mərhələ çərçivəsində gündəlik təxminən 4 milyon kubmetr "mavi yanacaq" və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır.
Hasil ediləcək qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay