BAKU Azərbaycan
°C

Təhsil layihələrinin və gənclərin inkişafına böyük önəm verən Kapital Bank tələbələr üçün yeni “Birbank” təqaüd proqramı elan edir. Proqram çərçivəsində aylıq təqaüd almaqla yanaşı tələbələr, Kapital Bank-da təcrübə keçmək, təlimlərə qatılmaq şansı əldə edəcəklər.

Gundem.az xəbər verir ki, təqaüd proqramına qoşulmaq üçün tələbələr bu meyarlara uyğun olmalıdırlar: 2023-cü ildə 2-ci kursu bitirərək 3-cü kurs keçən; iqtisadi və biznes, İT, riyazi və kompüter elmləri, sosial və humanitar sahələr üzrə təhsil alan; universitetə qəbul balı 550 və daha yuxarı olan və universitetdə təhsil göstəriciləri ortalama 81 bal və daha yuxarı olan.

Seçim prosesi bir neçə mərhələdə təşkil ediləcək və onlayn müraciət, qiymətləndirmə və imtahan, müsahibə mərhələlərindən ibarət olacaqdır. Bütün mərhələlərdən uğurla keçən və seçilən tələbələr “Birbank təqaüdçüsü” adını qazanacaqlar. Yuxarıdakı meyarlara uyğun olan tələbələr vaxt itirmədən, link vasitəsilə təqaüd proqramına müraciət edə bilərlər – //kbl.az/klbtp23.

Qeyd edək ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən UNEC, ADNSU, Bakı Mühəndislik Universiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 116 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/krdt, Birbank kartı sifarişi üçün — //kbl.az/tkstcrd.

Son xəbərlər

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Bütün xəbərlər