BAKU Azərbaycan
°C

BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə İsrailin təbii qazın kəşfiyyatı üzrə lisenziyalaşdırma raundunda iştirak ediblər. Bu isə Şərqi Aralıq dənizi hövzəsinə artan beynəlxalq marağın daha bir əlamətidir. Bu barədə “Röyters” öz mənbələrinə istinadən bildirib.

BP və SOCAR İsrailin NewMed Energy (NWMDp.TA) şirkəti ilə birlikdə bazar günü başa çatan dördüncü lisenziyalaşdırma raundu çərçivəsində iki dəniz bloku üçün müraciət ediblər.

Bəs, məsələnin bizim üçün əhəmiyyəti necə dəyərləndirilməlidir? Bunun Azərbaycan iqtisadiyyatı üçün nə kimi faydaları olacaq?

Gundem.az xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan iqtisad üzrə elmlər doktoru Elşad Məmmədov sözügedən prosesin ölkəyə valyuta axınını artıra biləcəyini deyib.

“Sözsüz ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) beynəlxalq miqyasda layihələrdə iştirakının təmin edilməsi Azərbaycan şirkətlərinin beynəlxalq səviyyədə təmsili, mövqeləşməsi nöqteyi-nəzərindən müsbət hal kimi dəyərləndirilə bilər. Bunun gələcəkdə ölkəmizə valyuta axınlarına şərait yaratması da mümkündür. Amma hesab edirəm ki, Azərbaycanda daxili neft və qaz emalı, xüsusilə neft-qaz kimyasının inkişafı ilə bağlı potensial imkanlar və çağırışlar var. Onların reallaşdırılması valyuta daxilolmaları, ölkə iqtisadiyyatının şaxələnməsi, daha yüksək texnoloji və əmək haqqı tutumlu iş yerlərinin açılmasına şərait yarada bilər”, - o bildirib.

Son xəbərlər

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Bütün xəbərlər