25.07.2023 / 17:07
147
Saxta pulla rüsum ödəmək istəyərkən saxlanıldı
Gəncədə vətəndaşdan saxta pul əskinası aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, DİN-in Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki ASAN xidmət mərkəzində xidmət aparılarkən Samux rayon sakinindən 1 ədəd saxta 50 manatlıq pul əskinası aşkarlanaraq götürülüb. Həmin şəxs saxta pulla rüsum ödəməyə çalışırmış.
Hazırda saxta pulun əldə edildiyi mənbənin müəyyən olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay