BAKU Azərbaycan
°C

Sumqayıt şəhərində həkimin səhv diaqnozu xəstəni komaya salıb.

Gundem.az xəbər verir ki, bu  barədə "Xəzər Xəbər"ə şəhər sakini Fuad Cavadov danışıb.

Onun sözlərinə görə, 1 saylı Şəhər Xəstəxanasında bacısı Xəyalə Bəylərovaya səhv diaqnoz qoyulub. F.Cavadov bu yanlışlığa yol verən həkimlərdən şikayətçidir.

O qeyd edib ki, bacısı X.Bəylərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəstəni dərhal müayinə edən həkimlər - Nurlan Hüseynov və Museyib Şərifzadə X.Bəylərovaya beyninə qan sızması diaqnozu qoyublar və təcili 2 saylı Şəhər Xəstəxanasına aparılmasını tələb ediblər.

Həkimlərin yazdığı müalicədən sonra bacısının vəziyyətinin pisləşdiyini görən F.Cavadov xəstəni başqa tibb ocağına apararaq təkrar müayinə etdirib. Aldıqları cavab isə onları sözün əsl mənasında şoka salıb. Sən demə, 40 yaşlı X.Bəylərovaya Sumqayıtda qoyulan diaqnoz səhv imiş.
Sumqayıt Tibb Mərkəzindən məsələ ilə bağlı bildirilib ki, 40 yaşlı Xəyalə Şakir qızı Bəylərovanın yaxınlarının iddiaları tamamilə əsassızdır.

Qeyd edilib ki, həmin şəxs yuxarı beyindaxili təzyiqlə təcili yardım avtomobili ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 saylı Şəhər Xəstəxanasının Təcili Yardım Şöbəsinə qəbul olunub və maqnit rezonans tomoqrafiya müayinəsindən keçirilib:

“Nəticə olaraq xəstədə sol beyin yarımkürəsində siqnal dəyişikliyi qeydə alınıb. Bu isə subaraxnoidal qansızma əlamətlərinə xarakterikdir. O, Neyrocərrahiyə Şöbəsinə yerləşdirilib. Bütün lazımi tədbirlər həyata keçirilib. Ardınca Mərkəzi Gömrük Hospitalına beynin müayinəsinə göndərilib. Bundan sonra şübhə aradan qaldırılıb” 

 

Son xəbərlər

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Uşaq Birliyinin rəhbərinin iddialarına RƏSMİ CAVAB

Prezident fərman İMZALADI

Ərzaq məhsulları yenidən bahalaşır – RƏQƏMLƏR

Ərdoğan: "Türkiyə İsraillə ticarət əlaqələrini kəsmək qərarına gəlib"

Putindən ölkəsi ilə bağlı TƏKLİF: “2030-cu ilə qədər...” 

Azərbaycan hərbçiləri beynəlxalq təlimdə İŞTİRAK EDƏCƏKLƏR

Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - XƏSARƏT ALANLAR VAR

Bu xanım Türkmənistana səfir təyin TƏYİN EDİLDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”

Kərəm Mustafayev İrana SƏFƏR ETDİ

Onlar kolon xərçənginə daha çox tutulurlar - ARAŞDIRMA 

“Turan Tovuz”un futbolçusu 4 oyunluq CƏZALANDIRILDI

Bu ölkədə həbsdə olan yazıçıların sayı ARTDI

Kəlbəcərdə AĞIR QƏZA - Yaralılar var

Azərbaycan XİN Polşanı TƏBRİK ETDİ

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə YOLA DÜŞDÜ

İrakli Kobaxidze ABŞ-ın sabiq səfirini İTTİHAM ETDİ

Bütün xəbərlər