BAKU Azərbaycan
°C

Yollardakı zəncirvari qəzalar sürücülərin ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən törədilir.

Gundem.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumatda deyilir:

"Müşahidələr göstərir ki, hazırda tez-tez rast gəlinən zəncirvari qəzalar məhz sürücülərin avtomobil idarə edərkən ara məsafəsinə dair tələbləri pozmaları səbəbindən baş verir. Adətən maddi ziyanla nəticələnən kiçik toqquşmalar ilk baxışdan əhəmiyyətli görünmür. Lakin, bu növ qəzalar sürücü intizamına, hərəkət iştirakçıları arasında qarşılıqlı məsuliyyət hissinə mənfi təsir göstərən, eləcə də vaxt və iqtisadi itkilərə yol açan kifayət qədər ciddi yol-nəqliyyat hadisələridir.

Yol hərəkəti qaydaları ara məsafəsi haqda sabit kəmiyyət müəyyən etmir. Bu sahədə qanunvericiliyin tələbinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Başqa sözlə sürücü hərəkət zamanı ara məsafəsini avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yol və hava şəraitindən aslı olaraq özü təyin etməlidir. Bununla yanaşı, sürücünün təcrübəsi, hadisəyə reaksiyası, daşıdığı yük, eləcə də qarşıdakı avtomobilin qəza riski də nəzərə alınması vacib olan amillərdəndir.

Şəhər yollarında, xüsusilə də tıxaclarda ara məsafəsi mütləq gözlənilməlidir. Çünki, qarşıda baş verə biləcək kiçik bir toqquşma bir neçə avtomobilin iştirakı ilə zəncirvari qəzalara səbəb ola bilər. Avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə, ələlxüsus mobil telefondan istifadəyə aludə olan sürücüləri nəzərə alsaq, bu aqibətlə üzləşmə ehtimalının kifayət qədər yüksək olduğunu görərik.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kiçik qəzaların böyük faciələrə səbəb ola biləcəyini bir daha sürücülərin diqqətinə çatdırır və onları avtomobil idarə edərkən ara məsafəsinə dair tələblərə riayət etməyə çağırır".

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər