01.09.2023 / 16:34
103
Kreml Putin-Ərdoğan görüşünün Soçidə keçiriləcəyini təsdiq etdi
Kreml sentyabrın 4-ü Soçidə Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyini təsdiq edib.
Gundem.az xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
“Həqiqətən də, danışıqlar bazar ertəsi Soçidə günorta saatlarında baş tutacaq”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyə mediası Rusiya və Türkiyə liderləri arasında görüşün sentyabrın 4-ü keçiriləcəyini yazmışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay