BAKU Azərbaycan
°C

Azərbaycanın keçmiş dövlət başçılarından heç birinin ailəsi qanunla müəyyən edilmiş “eks-prezident müavinəti” almır.

Modern.az saytı bunu “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanuna istinadən xəbər verir.

Qeyd edək ki, əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydaları “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ilə müəyyənləşib. Bu qanunun 2-ci maddəsinə görə, keçmiş prezident hazırda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin  aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır.

Qanunun 3-cü maddəsinə görə isə keçmiş prezident vəfat edibsə, onun ailəsinə keçmiş prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir. 

Azərbaycanın eks-prezidentlərinin hamısı - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev dünyasını dəyişib.

Sözügedən qanuna görə, sabiq dövlət başçıları dünyasını dəyişdiyi halda, onların həyat yoldaşı müəyyən edilən məbləğdə “eks-prezident müavinəti” ala bilər.

Məsələ burasındadır ki, mərhum dövlət başçılarının həyat yoldaşları da vəfat ediblər.

Bu halda “eks-prezident müavinəti” övladlara verilə bilər. Amma bir şərtlə ki, övladlar 18 yaşını keçməmiş olsunlar.

Azərbaycanın hər üç eks-prezidentinin övladları 18 yaşını çoxdan tamamlayıblar.

Qanuna görə, eks-prezident övladları yalnız bir halda sözügedən müavinəti 18 yaşdan sonra ala bilər. Əgər dünyasını dəyişən eks-prezidentin I qrup əlilliyi olan övladı varsa, ona müavinət verilməsi davam etdirilir.

Keçmiş prezidentylərin övladları arasında əlilliyi olan şəxslər olmadığından, belə demək olar ki, hazırda Azərbaycanda “eks-prezident müavinəti” heç kimə verilmir.

Xatırladaq ki, eks-prezident ailələrindən ikisi zamanında bu qanundan yararlanıb.

Belə ki, sabiq dövlət başçısı Ayaz Mütəllibov eks-prezidentlərlə bağlı qanunun qüvvəyə mündiyi vaxtdan - 2012-ci ilin iyunundan vəfat etdiyi günədək - 2022-ci ilin martınadək (10 il) ölkə başçısının aylıq əmək haqqının əlli (50%) faizinə bərabər tutulan aylıq pensiya alıb.

Elçibəy ailəsi isə “eks-prezident müavinəti”ni 7 il - 2012-ci ilin iyunundan 2019-cu ilin iyununadək alıb. Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva 2019-cu ilin iyununda vəfat edəndən sonra sözügedən müavinət dayandırılıb.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər