BAKU Azərbaycan
°C

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
 
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Layihəmizdə bu dəfə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevdən bəhs edəcəyik:

Qarayev Əbülfəs Mürsəl oğlu 13 noyabr 1956-ci ildə Bakıda anadan olub. 1973-cü ildə orta məktəbi, 1978-ci ildə isə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunu bitirib. Daha sonra isə təhsilini Sovet İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasında davam etdirib.

Sabiq nazir Saatlı rayonunda ingilis dili müəllimi, Azərbaycan komsomolunda məsul vəzifələrdə, 1985–1989-cu illərdə Azərbaycan KP Nərimanov rayon komitəsində təşkilat şöbəsinin təlimatçısı, təbliğat şöbəsinin müdiri vəzifələrində çalışıb.

Əbülfəs Qarayev həmçinin 1992-ci ildə Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarında, Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunun mədəniyyatşunaslıq kafedrasında Baş müəllim, "İMPROTEKS Kommers” kiçik müəssisəsində müdir olub.

O, müxtəlif nazir vəzifələrini də icra edib. Belə ki, Əbülfəs Qarayev 1994–2001-ci illərdə Gənclər və İdman naziri, 2001–2006-cı illərdə Gənclər, İdman və Turizm naziri, 2006–2018-ci illərdə Mədəniyyət və Turizm naziri vəzifələrində çalışıb.

21 may 2020-ci ildə Mədəniyyət naziri vəzifəsindən azad edilib. Bundan xeyli əvvəl isə Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Ə.Qarayevin müavini Rafiq Bayramov və idarə rəisi Zakir Sultanov həbs edilib.

Əbülfəs Qarayev 26 il nazir postunu tutub. Mətbuatda onun barəsində Mədəniyyət Nazirliyinə ayrılan milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsi haqda iddialar var. Tutduğu vəzifədən azad edildikdən sonra səhhətində yaranan problemə görə Türkiyəyə getmək istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılması ilə bağlı məlumatlar da bir müddət medianıngündəmində olub.

Sabiq nazirin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir.

O, ailəlidir, Suad adında bir övladı var. Suad Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək uğurlu karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsini almaqla incəsənət aləminə qədəm basıb. Hazırda Londonda yaşayır.

Əbülfəs Qarayev "Şöhrət” , 1-ci dərəcəli "Vətənə xidmətə görə”, "İncəsənət və ədəbiyyat”, 3-cü dərəcəli "Xidmətlərə görə” ordenləri ilə təltif edilib.

Sabiq nazir tələbəlik dövründə müxtəlif orqanlara seçilib. O, Nərimanov rayon Xalq Deputatları Sovetinin deputatı olub. Fəlsəfə elmləri namizədidir.

///Lent.az

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər