BAKU Azərbaycan
°C

Yeraltı nəqliyyatdan istifadə edən sərnişinlər metroda “BakıKart”ın ləğv ediləcəyindən narahatdırlar.

Ötən gün “Bakı Metropoliteni” QSC-nin iki stansiyada pilot layihənin tətbiqinə başlaması sərnişinlər arasında anlaşılmazlığa səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az-a daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq quruma sorğu ünvanladıq. “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, bu, pilot layihədir və əhali arasında layihənin hansı formada uğurlu olması izləniləcək:

“Cəmiyyət arasında “BakıKart”ın ləğv edilməsinə dair yayılan şayiələr həqiqəti əks etdirmir. Əksinə, ödəniş üçün üsulların çoxsaylı olması sərnişinlərin rahatlığı üçün önəmlidir. Təxminən pilot layihə bir ay müddətində həm texniki tərəfdən yoxlanılacaq, həm də sərnişin məmnuniyyəti hesablanacaq. Eləcə də, digər məsələlər müşahidə edildikdən sonra layihə metronun “Avtovağzal”, “Memar Əcəmi” stansiyalarında, daha sonra isə “yaşıl” və “qırmızı” xətlərin stansiyalarında tətbiq ediləcək. İlin sonuna qədər bu işlərin əksəriyyəti yekunlaşacaq və bütün stansiyalarda tətbiq olunacaq. Daha sonra növbəti ildən ödənişlərin bank kartları vasitəsilə aparılması məsələsinə də baxılacaq.

Layihənin önəmli cəhəti və rahatlığı mobil telefonların hər zaman üstümüzdə olmasıdır. Ödənişi QR kod vasitəsilə etməyi seçən sərnişinlərin plastik kartı almağa və üstündə gəzdirməyə ehtiyac olmayacaq. QR kodun üstünlüklərindən biri də balansı gözünüzlə görməyinizdir”.

Xatırladaq ki, tətbiq edilən pilot layihə ilə “BakıKart” plastik kartına ehtiyac olmadan gediş haqqını mobil tətbiqdə yaradılan QR bilet vasitəsilə də ödəyə bilərsiniz. Bunun üçün QR bölməsinə keçib, “QR yaradın” düyməsini sıxdıqdan sonra bir gedişlik QR bilet yaradılır. QR bilet yaradılarkən pul kisəsinin balansında bir gediş üçün minimum 1 manat olduğuna əmin olun. Belə ki, QR bilet yaradıldıqda pul kisəsinin balansından 1 manat bloklaşdırılır və QR biletdən ictimai nəqliyyatda istifadə etdikdən sonra gediş haqqı məbləği bloklaşdırılan məbləğdən çıxılır və geriyə qalan məbləğ pul kisəsinə qaytarılır. Gediş haqqını ödəmək üçün yaradılmış QR bileti avtobuslarda yerləşən oxuma cihazının kamerasına və ya metroda turniketin üzərində yerləşən kameraya yaxınlaşdırmaq lazımdır.

Hər bir QR kod unikaldır. Bir gediş üçün keçərlidir və yaradıldığı andan beş dəqiqə ərzində etibarlıdır. QR bilet beş dəqiqə ərzində istifadə edilmədiyi təqdirdə qüvvəsini itirir və bloklaşdırılan məbləğ yalnız 72 saat ərzində pul kisəsinə geri qaytarılır. Ödəniş üçün olan turniketlərin ümumi sayı 356-dır.

Son xəbərlər

“Azərbaycan polisi erməniəsilli sakinlərə su paylayır” - Prezidentin köməkçisi

Almaniya ukraynalı qaçqınlara yardımı azaldacaq

Türkiyə səfiri Qənirə Paşayeva ilə bağlı məlumat almaq üçün xəstəxanaya getdi

"Rosatom"un rəhbəri Zaporojye AES-dəki vəziyyətdən DANIŞDI

Söyüdlüdəki zavodun fəaliyyətinin bərpasının şərtləri AÇIQLANDI

Nazir macarıstanlı həmkarı ilə videokonfrans formatında görüş keçirdi

Baş nazir Söyüdlüdə vəziyyəti araşdıran Komissiyanı TOPLADI

Çingiz Aytmatovun abidəsinin hazırlanması prosesi başa çatıb

Azərbaycanda 20 minə yaxın körpəyə topuq testi icra olunub

İrəvanda yanğın olub

Ermənistan Putinin həbsini nəzərdə tutan sənədi müzakirəyə çıxarır

“Mexanizmin işləməyinə imkan verəcəklər?”

Paytaxt sakinlərinin “CAMEX”dən ŞİKAYƏTİ – “1 aydır ödəniş etmişik, məhsulu gətirib çıxarmırlar”

Bu istiqamətdə qatarların hərəkət qrafiki dəyişəcək

"Oğlum əsl kişidir!" - Kadırov

USAID-in rəhbəri Azərbaycana GƏLİR

Vilayət Eyvazovun vətəndaş qəbulunun tarixi dəyişdirildi

Ermənilər Qarabağdan meyitləri yığır

Gələn il dövlət büdcəsi 37 milyard manata yaxın olacaq

Son 32 ildə 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub

Bütün xəbərlər