BAKU Azərbaycan
°C

Heydər Əliyev Beynəlxalq Aeroportunda həyata keçirilən təhlükəsizlik tədbirlərinin səmərəliliyinin artırılması, fövqəladə hallar zamanı struktur bölmələrin qarşısına qoyulan tapşırıqların operativ həll edilməsi və bu istiqamətdə şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də qəza-xilasetmə işləri üzrə dövlət qurumları arasında qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti ilə birgə xüsusi təlim keçirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, təlim ssenarisinə uyğun olaraq, Bakı hava limanının sərnişin və yük terminallarına “partlayıcı maddə”nin yerləşdirilməsi barədə daxil olmuş şərti məlumata əsasən əməliyyat simulyasiya edilib.

Belə ki, hadisə yerinə “AZAL” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin xüsusi vasitələrlə təchiz edilmiş əməkdaşları, yanğınsöndürən-xilasedicilərdən ibarət bölmələr, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, xüsusi təlim görmüş itləri və tibbi personal cəlb olunub.

Ərazidə olan insanlar təhlükəsiz məsafəyə təxliyə olunduqdan sonra xüsusi təlim görmüş itlərlə aparılmış axtarış tədbirləri nəticəsində hava limanının sərnişin və yük terminallarında şərti sahibsiz şübhəli əşya qismində çantalar aşkar edilib. Müayinə nəticəsində çantalarıın içində “partlayıcı maddələr”in olması təsdiqlənib.

Aşkar olunmuş “partlayış təhlükəli əşyalar”ın təhlükəsiz şəraitdə daşınaraq ərazidən kənarlaşdırılması və xüsusi partlayış meydançasında “zərərsizləşdirilməsi” qərara alınıb.

Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.

 

Son xəbərlər

Azərbaycanda taksilərdə minimal gedişhaqqı 4,5 manat olacaq - BU TARİXDƏN

Ağır qəzada həlak olan şəxs polis zabiti imiş - FOTO

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ - FOTO

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda COP29-la bağlı konfrans BAŞLADI

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Dilənçilik edən 342 uşaq aşkarlandı, 345 valideyn cəzalandırıldı

Hacıqabulda ağır qəza - Ölən və yaralanan var

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Bütün xəbərlər