BAKU Azərbaycan
°C

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin edilirlər.

Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla şəxsi heyət üçün normaya uyğun olaraq gündə üç dəfə yüksək kalorili yeməklər hazırlanır. Menyuda milli mətbəximiz üstünlük təşkil edir.

Çağırışçılara hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam qaydaları barədə ətraflı məlumat verilir, təhlükəsizlik qaydaları çatdırılır, maarifləndirici və fərdi söhbətlər aparılmaqla onların psixoloji xüsusiyyətləri öyrənilir.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq keçirilən fərdi hazırlıq məşğələlərində onlara nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri öyrədilir.

 

Son xəbərlər

Ağır qəzada həlak olan şəxs polis zabiti imiş - FOTO

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

Badminton idman növü üzrə məktəbli oğlan və qızlar arasında yarış KEÇİRİLDİ - FOTO

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda COP29-la bağlı konfrans BAŞLADI

Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər SAXLANILDI

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Dilənçilik edən 342 uşaq aşkarlandı, 345 valideyn cəzalandırıldı

Hacıqabulda ağır qəza - Ölən və yaralanan var

Azərbaycanda taksidən istifadə edənlərin sayı ARTIB

Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini ANDI

Mətanət İsgəndərliyə AĞIR İTKİ

Valiyə Şuşa ilə bağlı hədiyə təqdim olundu - FOTOLAR

Bakı-İrəvan arasında RAZILAŞMA: Hansı üstünlüklər var? - AÇIQLAMA 

Azərbaycan və Ermənistan parlament sədrləri arasında görüş OLDU

Belarus Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ZİYARƏT ETDİ

“Ürəyim sıxılır” deyənlərin DİQQƏTİNƏ! - "Sağalmaq üçün..."

Latviya Parlamentinin spikeri Azərbaycana GƏLİR

Baş prokuror Düşənbəyə işgüzar səfərə GETDİ

Bütün xəbərlər