05.10.2023 / 15:46
127
Bakıda liftdə qalan 3 nəfər xilas edildi
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Gundem.az FHN-nin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfərə müvafiq köməklik göstərilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay