Gündəm
28.10.2023 / 20:10
315
İsrail Türkiyədəki diplomatlarını geri çağırır
İsrail Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədən diplomatlarını geri çağırır.
Gundem.az-ın məlumatına görə, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.
“Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda mən İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrimizi Türkiyədən geri çağırmağı əmr etdim”, - deyə nazir bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə çıxışı zamanı İsrailin Qəzza ilə bağlı addımlarını kəskin tənqid edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay