BAKU Azərbaycan
°C

"Uşaqlarım vaxtaşırı ana görmədilər. Ananın yeməklərinə taraz qaldılar. Evdə oldum ki... Yazıq uşaqlar. Elə o tədbirə qaç, bu məclisə qaç. Nəisələr çoxdur".

Gundem.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva qonaq olduğu "İncə səhər" verilişində deyib.

Zamanının azlığından şikayətlənən sənətçi bildirib ki, havayı, pulsuz heç bir məclislərə getmir:

"Lazımlı, lazımsız məclislərə getməkdən öldüm (Lazımsız, yəni pulsuz məclisə getməyini nəzərdə tutur – red.). Evdə qalıb iş görməyi o qədər sevirəm ki... Amma heç nəyə vaxt yoxdur. Əslində, vaxt var, sadəcə sənin zamanını başqası xərcləyir. Kimsə zəng edib məni harasa çağıranda deyirəm ki, zamanım yoxdur.

Həmin şəxs isə cavabında deyir ki, nə oldu elə bir dəfə sizə söz dedim, siz isə zamanımın olmadığını deyirsiniz. Amma onlar başa düşmürlər ki, ondan başqa o qədər dəvətlər alıram ki... Gündə də bəzənib-düzənməkdən zəhləm gedir. Bəzənmək adı gələndə isə elə bil, məni orbitimdən çıxarırlar. Kişilərə nə var ki, geyinirlər kostyum-şalvarı gedirdilər.

Amma biz xanımlar gərək bəzənək-düzənək. Evdən çölə nə qədər yalandan çıxmaq olar. Bir dəfə də o qədər məni dondan çıxardılar ki, dedim ki, birdə məni heç kim havayı, pulsuz heç yerə çağırmasın. Mənim 15 yaşım yoxdur.

Özümün o qədər ev, ailə problemlərim, qayğılarım var ki... Dırnaqlarımı düzəltməyə, başıma boya belə qoymağa imkan vermirlər. İnsanı nə qədər dəvətlərə çağırırlar. İmkan vermirlər ki, ailəyə yaxın olasan, ev işlərini yoluna qoyasan".

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər