BAKU Azərbaycan
°C

Nəvəsini parkda atıb gedən nənə ATV telekanalının studiyasına çağırılıb.

Gundem.az xəbər verir ki, “Bizimləsən” proqramına gələn nənə azyaşlı nəvəsinə baxa bilmədiyi üçün onu parkda atıb getdiyini bildirib:

“Nəvəmi dünən çöldə qoydum. Ona sənəd düzəltdirdim, 3 ay buna görə süründüm. Apardım Türkan qəsəbəsinə internata. Səhər 11-də onu qoydum. Gördüm ki, vəziyyət düzəlmir, imkansızlıqdır. Sənədlərini düzəltmişdim, amma internat uşağı götürmədi. Sonra uşağı parkda qoydum, internata zəng vurdum ki, uşaq oradadır götürərsiniz. Özüm Yasamalda yaşayıram, evimin görüntülərini də ekranda görürsünüz, nə şəraitdə yaşayıram... Mən uşağı necə saxlayım, işləmirəm”.

Qadının bu sözləri proqramın aparıcısı Zaur Baxşəliyevi özündən çıxarıb. O, nəvəsini atan nənəni qınaq atəşinə tutub:

“Artıq hamınız ağ edirsiniz! Elə də deyirsən ki, “evim budur”... Mən bundan da pis evdə yaşamışam! Ana, sən nə danışırsan?! Bizi niyə hədəqədən çıxarırsınız, yazıq deyilik?! Sonra da kənardan baxırlar, bir hissəni çəkib göndərirlər ki, baxın, aparıcı necə qışqırır. Aparıcı bədbəxt oğlu nə etsin?! Sən o uşağı aparıb çölə qoymusan, onu maşın vura bilərdi”.

Verilişin ekspertləri də nənəni qınasa da, yaşlı qadın bu hərəkətinə haqq qazandırıb:

“Heç kəs mənim nə çəkdiyimi bilmir. Uşağın anası xəstədir, atası həbsxanadadır. Mən öz qızımı müalicə etdirə bilmirəm. Özüm ağır şəkər xəstəsiyəm, birinci dərəcəli nevrozam, əlim əsir, durub çay isidə bilmirəm, uşağa baxa bilmirəm. Sizin üçün danışmaq asandır, toxun acdan nə xəbəri?”. :

Yenisabah.az

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər