BAKU Azərbaycan
°C

“Bu, mənim də yaralı yerimdir. Mən də üç ay xəstəxananın qarşısında yatmışam. Çox mücadilə aparmışam. Hər şeyimi satmışam”.

Gundem.az xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı “Yaxşıya doğru” verilişində deyib.

Meyxanaçı bu günə qədər də oğlunun borclarını ödədiyini bildirərək, ağlayaraq efiri tərk edib.

Aparıcı İlham Mirzəyevin təkidi ilə bir neçə dəqiqədən sonra studiyaya qayıdan S.Yusifqızı özünü toparlayaraq fikirlərini belə davam etdirib: “Gündə neçə dəfə soyuducunu açırsan, nəsə götürürsən, hər dəfə açanda da gözünün qabağında görürsən. Mən, ümumiyyətlə, onları xatırlamaq istəmirəm. Elə bilirəm yuxu görmüşəm. Elə bilirəm qorxulu bir yuxudur”.

Samirə Yusifqızı həkimlərin ondan oğlunun alın sümüyünü soyuducuda saxlamağını istədiyini göz yaşları içərisində deyib: “2 ay yarım soyuducuda qaldı. Xüsusi məhlulun içərisində... Və iki ay yarım alınsız bir insanı fikirləşin, nə vəziyyətdə görsənir?! Mən qorxumdan üzünə baxmırdım, baxa bilmirdim. Onları yaşamışam”.

Meyxanaçı oğlunun bu hala düşməsinin səbəbini də açıqlayıb: “Qəza olmuşdu. Dostları ilə zarafatlaşmışdılar, hovuzdan itələmişdilər ki, sən də tullan da çimməyə. O da ayağında başmaq olub deyə, tullanmaq istəyəndə arxası üstündə yıxılıb, başı hovuzun qırağına dəyib. Hamısı da kənara çəkildi, heç biri yaxın durmadı”.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər