06.11.2023 / 17:35
219
\"Real\" onunla da müqaviləni yeniləyir
"Real"ın mərkəz müdafiəçisi Eder Militao Kral Klubu ilə müqaviləsini uzatmağa yaxındı.
Gundem.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, braziliyalı futbolçu tezliklə müddəti 2028-ci ilin yayına qədər yeni müqavilə imzalamalıdır.
Militao Madrid təmsilçisindəki karyerası ərzində klub səviyyəsində bütün mümkün kubokları qazanmağı bacarıb. Mövsüm başlamazdan əvvəl Eder ciddi zədə alıb.
Qeyd edək ki, "Real" daha əvvəl Vinisius Junior və Rodriqo ilə yeni müqavilə imzalayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay