Dünyanın ən yaxşı klub məşqçiləri: Siyahıda kimlər var?
“FourFourTwo” nəşri hazırda futbol klublarında çalışan ən yaxşı baş məşqçilərin reytinqini təqdim edib.
Gundem.az xəbər verir ki, siyahıya “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.
İspan məşqçini "Liverpul"a rəhbərlik edən Yurgen Klopp və "Real"ın çalışdırıcısı Karlo Ançelotti izləyir.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer"in baş məşqçisi Xabi Alonso reytinqdə 11-cidir.
Luis Enrike (PSJ), Joze Mourinyo (Roma). Anqe Postekoqlu (Tottenhem), Maurisio Poçettino (Çelsi) və Simone İnzaqi (İnter) kimi məşqçilər "ilk onluq"dan uzaq düşüb.
1. Pep Qvardiola(Mançester Siti)
2. Yurgen Klopp (Liverpul)
3. Karlo Ançelotti (Real).
4. Mikel Arteta (Arsenal)
5. Tomas Tuxel (Bayern)
6. Eddi Hau (Nyukasl)
7. Xavi (Barselona)
8. Roberto De Zerbi (Brayton)
9. Unai Emeri (Aston Villa)
10. Dieqo Simeone (Atletiko)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay