09.11.2023 / 13:53
204
Kasilyası ötdü: Ronaldoya çatmağa nə qaldı?
"Bayern"in futbolçusu Tomas Müller UEFA Çempionlar Liqasındakı qələbə sayına görə ikinci sıraya yüksəlib.
Gundem.az xəbər verir ki, almaniyalı forvard Avropanın bir nömrəli klub turnirində 102 dəfə meydanı qələbə ilə tərk edib. Müller bu göstəricidə "Real"ın əfsanəvi qapıçısı İker Kasilyası (101) qabaqlayıb və ikinci sıraya yüksəlib.
Rekordçu isə hazırda "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldodur. Onun Çempionlar Liqasında 115 qələbəsi var.
Qeyd edək ki, Müllerin formasını geyindiyi "Bayern" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Qalatasaray”ı 2:1 hesabı ilə məğlub edib. Tomas oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 40-cı dəqiqədə zədələnən Camal Musialanın yerinə meydana daxil olub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay