BAKU Azərbaycan
°C

“Hindistan hərbi texnologiyada son dövrlər inkişaf edən ölkədir, lakin təcrübəyə görə ilk ixrac edilən silah partiyası riskli ola bilər. Mümkündür ki, Ermənistan belə bir risk etdiyi üçün Hindistan silahların qiymətində endirim edib”.

Gundem.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Ruslan Puxov deyib.

Ekspert qeyd edib ki, sülh dövründə alınan silahlarla istənilən vaxt istifadə etmək üçün alınan silah arasında fərq var.

“Sülh dövründə alışı planlı şəkildə etmək olur, istənilən vaxt istifadə etmək üçün alınan silahlarda isə planlaşdırma olmur. Mövcud vəziyyətdə toqquşma olmadığı üçün Hindistandan planlı şəkildə silah almağı müsbət qiymətləndirə bilərik, lakin bu daha çox siyasi qərardır. Yəni silah alışı ilə Hindistanın dəstəyi əldə olunur, alınan silahların effektivliyi burada sual altındadır. Ermənistan PUA-larla yanaşı, haubitsa və yaylım atəş sistemləri də alır. Bu sistemləri birləşdirmək son dərəcədə çətin olacaq, misal üçün, sənədlər ingilis dilindədir, bu da tətbiqi çətinləşdirir. Fikrimcə, Ermənistan daha çox Fransa və Hindistana minnətdar olmaq üçün silah alır”, - ekspert bildirib.

Qeyd edək ki, Ermənistan Fransadan “GM 200” radarları, eləcə də “Mistralı” hava hücumundan müdafiə sistemləri alır. Mediada yayılan məlumatlara görə, Ermənistan Hindistandan 41,5 milyon dəyərində ZADS (Zen Anti-Drone System) almaq üçün müqavilə imzalayıb. Bununla yanaşı, Ermənistan Hindistandan “MARG 155” zirehli özüyeriyən haubitsalar və “Pinaka” yaylım atəş sistemləri də alıb. (Publika.az)

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər