BAKU Azərbaycan
°C

“Azərbaycan tərəfi görüşün məhz sərhəddə keçirilməsini təklif edib. İki dövlət arasında vasitəçi olmadan görüşün keçirilməsinin anonsu daha öncə verilmişdi. Ermənistan prezidentinin İraq prezidenti ilə görüşündə də bu məsələ qaldırılmışdı”. 

Gundem.az xəbər verir ki, bu fikirləri Musavat.com-a millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili diqqətə çatdırıb ki, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar delimitasiya və demarkasiyadan başlayır: “Sərhədlər müəyyən edildikdən, verilən təkliflər müzakirə olunduqdan sonra növbəti addım üçün zəmin yaranır. Düşünürəm ki, Ermənistan XİN Azərbaycan XİN-nin səsləndirdiyi təklifə müsbət cavab verib. Vasitəçilər olmadan birbaşa təmasla mövcud problemlərin həll edilməsi üçün addımların atılması əhəmiyyətlidir. Bu, sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addımdır. Görüşdən sonra hansı məqamların üzə çıxacağı barədə danışmaq tezdir. Azərbaycanın irəli sürdüyü 5 prinsip bəllidir. Ermənistan isə Qərbin təkidi ilə 3 prinsipi qabartmağa çalışır. Sərhəddə görüşün keçirilməsinə heç bir havadar, təzyiq vasitəsindən istifadə etmək istəyən dövlətlər qarışa bilməz”.

Xatırladaq ki, Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşması üçün 5 əsas prinsipi irəli sürüb:

 -Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması.

-Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

 -Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

 -Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

 -Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər