BAKU Azərbaycan
°C

Qızıl insanlar üçün min illərdir ən qiymətli metal hesab olunur.

Gundem.az qızıl barədə maraqlı faktları təqdim edir.

Əsrlər keçsə də, onun insan taleyindəki rolu azalmır. Qədim əfsanələrə görə, yad planetdən Anunaki adlı varlıqlar Yer kürəsinə qızıl metal qazıntıları aparmaq üçün gəliblər. Yer kürəsində qızıl mədənlərində işlətmək üçün özlərinə ucuz işçi qüvvəsi kimi insanı yaradıblarmış.

Qızıl sonsuz enerji mənbəyi sayılmaqla yanaşı, insanı paralel aləmlərdə yaşayan gözəgörünməz varlıqların yaratdığı təhlükələrdən də qoruyur. 

Əslində lap qədimlərdən saf qızıldan nişan üzüklərinin hazırlanması da sırf  buna xidmət edib. Barmağında qızıl nişan üzüyü olan qadınlara cinlərin toxunmayacağını düşünürdülər. Nişan üzüklərinin üzərində qiymətli qaşların olmaması tövsiyə olunur.

Qədim Enok kitabında, Anunaki əfsanələrində də Yerə göylərdən gəlmiş məxluqların insan qadınlara aşiq olub onları qaçırması barədə danışılır. Müxtəlif xalqların mifologiyalarında həmin varlıqlara cin, hal, şeytan kimi adlar verilib.

Qədim Çin inanclarına görə, qızıl günəşin enerjisini təmsil edən metaldır. Günəş insan bədənində ürəyin və beynin işini sağlamlığına təsir edən göy cismidir.

Ona görə qızıl əşyalardan istifadə etmək günəşin enerjisini orqanizmə dartmağa kömək edir. Çin müdriklərinin sözlərinə görə, qızıl insana depressiyadan və maliyyə çətinliklərindən də xilas olmağa yardım edir. Üzərində qızıl məmulatlar gəzdirmək insan həyatına bolluq, bərəkət və güc çəkməyə kömək edir.

Müasir elm qızıl ionlarının  mikrob və bakteriyaları məhv etdiyini sübut edib. Daha bir maraqlı fakt budur ki, qızıl ionları qadın orqanizminə kişi orqanizmindən daha güclü təsir edir.

Qızıl kişilərin cinsi gücünü və övlad dünyaya gətirmək qabiliyyətini azaldır. Buna görə, kişilərə bu mənada daha  yaxşı təsir göstərən gümüş taxmaq tövsiyə olunur. Gümüş ionları da mikrobları təmizləmək xüsusiyyətinə malikdir. Lakin gümüş ionları qadınların cinsi gücünü və övlad dünyaya gətirmək qabiliyyətinə mənfi təsir edir. Ona görə, qadınlara qızıl, kişilərə gümüş metallar daşımaq tövsiyə olunur.

Gecələr orqanizmi dincəltmək üçün qızıl və gümüş məmulatları çıxarıb yatmaq tövsiyə olunur.
 

1

0

0

0

0

0

1

0

0

Son xəbərlər

Məhkəmə “Abzas Media” işi çərçivəsində saxlanılan üç nəfər barədə qərar qəbul edib

Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."

Zelenski: "Avropa bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib"

Azərbaycanın NATO-dakı üzvləri İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıları ANDILAR

AAF prezidenti türkiyəli həmkarı ilə GÖRÜŞDÜ

"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə ÇAĞIRDI

Azərbaycanda Türkiyə və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər KEÇİRİLƏCƏK

Doğumu artırmaq üçün nazirlik yaradılacaq – Asiya ölkəsində məcburi addım

İsraillə ən böyük müttəfiqi arasında GƏRGİNLİK: "ABŞ-nin bu hədəsi..."

Gürcüstanlı nazir: "Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik"

Putinlə Paşinyan razılaşdı: Rus sərhədçiləri ÇIXARILIR

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal ALIB

Şvıdkoy: "Heydər Əliyevin iradəsi olmasaydı, Azərbaycan da olmaya bilərdi"

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb? - "Telekanal rəhbərliyi..." + AÇIQLAMA

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini AÇIQLADI

Müdafiə Nazirliyinin şəxsi heyəti ikinci dünya müharibəsində həlak olanların xatirəsini YAD ETDİLƏR

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb” - VİDEOFAKT

Zelenski Zalujnını Britaniyaya səfir TƏYİN ETDİ

Xocalıda insan qalıqları TAPILDI

Bütün xəbərlər