BAKU Azərbaycan
°C

İngiltərənin Hempşir ştatının Şerfild-On-Loddon şəhərində tibbi cihazlar üzrə müfəttiş işləyən 43 yaşlı Alberto Paduanelli uşaqlıq arzusunu ev qarajını Boeing 737-800 təyyarəsinin pilot kabinəsinə çevirməklə həyata keçirib. 

Gundem.az xəbər verir ki, Alberto Paduanelli 3 ildən çox müddət ərzində 130 min funt sterlinq xərcləyərək evinin qarajını real görünən "Boeing 737-800" simulyatoruna çevirib. Real və canlı xəritələri, eləcə də cari hava məlumatlarını ehtiva edən uçuş simulyatoru "British Airways" və "Ryanair" pilotlarının diqqətini çəkib.


İngilis mətbuatına müsahibə verən A. Paduanelli “British Airways"in pilotlarından birinin onun simulyatorunda real təyyarədən daha çox modulun mövcud olduğunu dediyini bildirib.

O, düşüncələrini belə ifadə edib:

"Uşaqlıqdan bəri arzum həqiqi, tam işlək bir pilot kabinəsi qurmaq idi. 3 yaşım var idi, əmim bizə qonaq gəlmişdi. İtaliya ordusunda pilot olduğu üçün o da aviasiya ilə maraqlanırdı. O, mənə və qardaşıma hədiyyə olaraq uçuş simulyatoru oyunu olan kiçik disket gətirmişdi. Bu kiçik oyun o vaxt mənim üçün hər şey idi. İlk dəfə idi ki, belə bir şey görürdüm. Mən böyüdükcə texnologiya da böyüdü. Bazarda müxtəlif şirkətlərdən getdikcə daha çox simulyatorlar peyda oldu və proses eyni idi, oyunu kompüterə quraşdırırsan, "joystick" qoşursan və uçursan.


Nəhayət, xəyal etməyə və planlaşdırmağa başladım ki, bir gün pulum və uyğun yerim olsa, əsl pilot kabinəsi olan 100 faizlik funksional kabinə yaradaram. 7 və 10 yaşlı övladlarımla nəsə etmək istədim. Ata-oğul təcrübəsi kimi birlikdə nəsə yaratmağın əla olacağını düşündüm. Onlar da aviasiyaya həvəslidirlər və bu hər birimiz üçün xoş keçən vaxt və əla layihə idi. Bu layihəyə 130 min funt-sterlinq xərcləmişəm, amma zəngin adam olduğumu düşünməyin. Sadəcə çox həvəsli olduğum bir şeyə pul xərcləmişəm". (Sfera.az)

Son xəbərlər

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ: "Sərt tədbir görəcəyik!"

Qubada kiberdələduzluğa qarşı maarifləndirici lövhələr quruldu

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Van Dammın oğlu ilə bağlı azərbaycanlı xanımından PAYLAŞIM: "Bu gün..." - FOTO

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Çin Sədri İran Prezidentinin ölümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ

Kirants kəndində sərhəd dirəkləri QURAŞDIRILDI

"Filmə bilet almağı xahiş edirlər, sonra isə..." - Kart məlumatlarınız bu yolla OĞURLANIR!

Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Bütün xəbərlər