BAKU Azərbaycan
°C

Dünyanın ən dəyərli texnologiya şirkətlərindən birinin qurucusu amerikalı Jensen Huang süni intellektin əsasını təşkil edən kodlaşdırmanı artıq süni intellektin edəcəyini bildirib və kodlaşdırmanı öyrənməyi dayandırdığını qeyd edib.

Bəs kodlaşdırmanı öyrənmək artıq lazım deyil?

Gundem.az xəbər verir ki, bu barədə “NTV” saytı bir neçə kompüter mühəndisinə sual ünvanlayıb.

Hacettepe Universiteti süni intellekt şöbəsinin müdiri, professor Suat Özdemir deyib ki, hər kəsin kodlaşdırma savadına ehtiyacı olacaq:

“Süni intellekt dediyimiz sistem bir çox təməl səviyyəli proqramlaşdırma fəaliyyətini həyata keçirə biləcək hala gəlib. Məqsədimiz proqramlaşdırma biliklərini öyrənməkdirsə, buna mütləq ehtiyacımız var. Çünki bu, bizə lazım olacaq”.

Boğaziçi Universiteti kompüter mühəndisliyi şöbəsindən Tuna Tuğcu qeyd edib ki, əsl problem bu cür modellərdə yaradıcılığın olmamasıdır:

““Chat GPT” ilə dostluq edə bilərsinizmi? Sizcə, belə olsa, insanlara dost kimi ehtiyacınız qalmayacaq? Necə ki, “Chat GPT” bu məsələdə əsl insanın yerini tuta bilməz, eləcə də proqramlaşdırma sahəsində də vəziyyət eynidir”.
  
Bahçeşehir Universiteti süni intellekt mühəndisliyi şöbə müdiri Fatih Kahraman insanların ən erkən yaşda kodlaşdırma təhsili ilə tanış olmasının tərəfdarıdır:


"Hazırda bizə bu prosesdə istifadəçi olacağımız deyilir. Lakin biz istifadəçi deyil, texnologiyanı istehsal edən tərəfdə olmaq istəyirik. Ona görə də kodlaşdırılma, dil texnologiyaları və süni intellekt üzrə bilikləri öyrənməyə çox erkən yaşlardan başlamalıyıq. Uşaqlar məlumatlardan nəsə istehsal edə bildiklərini görməlidirlər”. (Sfera.az) 

 

Son xəbərlər

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ: "Sərt tədbir görəcəyik!"

Qubada kiberdələduzluğa qarşı maarifləndirici lövhələr quruldu

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Van Dammın oğlu ilə bağlı azərbaycanlı xanımından PAYLAŞIM: "Bu gün..." - FOTO

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Çin Sədri İran Prezidentinin ölümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ

Kirants kəndində sərhəd dirəkləri QURAŞDIRILDI

"Filmə bilet almağı xahiş edirlər, sonra isə..." - Kart məlumatlarınız bu yolla OĞURLANIR!

Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Bütün xəbərlər