BAKU Azərbaycan
°C

Yaponiyanın "Suzuki" və "Skydrive" şirkətləri istifadə üçün uçan avtomobillərin istehsalına başlayıblar. 

Gundem.az TASS-a istinadən xəbər verir ki, bu barədə onların birgə bəyanatında deyilir.

"Bu gün "Suzuki" ilə birlikdə uçan avtomobilin istehsalına başlandığını elan etməkdən çox məmnunam. Biz altı aydan çoxdur ki, istehsala hazırlaşırıq, vahid komanda olaraq bu yeni addımı ata bildiyimiz üçün çox minnətdarıq. Biz havada inqilaba rəhbərlik etmək üçün inkişaf, istehsal və sertifikatlaşdırma üzərində daha da çox işləməyə davam edəcəyik”, - "Skydrive"ın baş direktoru Tomohiro Fukuzava bildirib.

Uçan avtomobilin 2025-ci ildə Osakada keçiriləcək "Expo 2025" sərgisində istifadə ediləcəyi gözlənilir. Bundan əlavə, 2026-cı ildə sertifikatlaşdırma və digər zəruri prosedurlardan sonra cihazın fərdi şəxslərə də satılmasına başlanacaq.

"SKYDRIVE" (SD-05) modeli pilot da daxil olmaqla üç nəfəri daşımaq üçün nəzərdə tutulub. Qurğu 12 elektrik mühərriklə təchiz olunub.Şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Maksimal sürət 100 km/saat, uçuş məsafəsi isə 15 km-dir. Onun ilk növbədə taksi kimi, həmçinin tibb işçilərinin sürətli daşınması üçün nəqliyyat vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulub.

 

Son xəbərlər

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ: "Sərt tədbir görəcəyik!"

Qubada kiberdələduzluğa qarşı maarifləndirici lövhələr quruldu

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Van Dammın oğlu ilə bağlı azərbaycanlı xanımından PAYLAŞIM: "Bu gün..." - FOTO

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Çin Sədri İran Prezidentinin ölümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ

Kirants kəndində sərhəd dirəkləri QURAŞDIRILDI

"Filmə bilet almağı xahiş edirlər, sonra isə..." - Kart məlumatlarınız bu yolla OĞURLANIR!

Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Bütün xəbərlər