Hadisə
04.04.2024 / 14:36
84
Balakəndə 2 mərtəbəli ev YANDI
Balakəndə 8 otaqlı evdə yanğın baş verib.
FHN-dən Gundem.az-a verilən xəbərə görə, Balakən rayonunun Meşəşambul kəndində ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində iki otağın yanar konstruksiyaları 32 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay