BAKU Azərbaycan
°C

Azərbaycan əhalisinin ötən il ərzində qida məhsullarının istehlakına dair statistikası açıqlanıb. 
Gundem.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhali 2023-cü ildə də çörək və çörək məhsullarının istehlakını azaldıb. 
Azərbaycan əhalisi adambaşına düşən istehlak miqdarına görə dünyada ən çox çörək istehlak edən xalqlardan biridir. Rəsmi statistik müayinələrə əsasən, əhalinin adambaşına illik çörək istehlakı daha 610 qram azalaraq 133,16 kq olub. 
Çörək istehlakında azalma dinamikası 2009-cu ildən müşahidə edilir. 2008-ci ildə adambaşına çörək istehlakı 157 kq-a yaxın olub. 
Əhali son illərdə süd və süd məhsullarının da istehlakını azaldır. Bu dinamika 2023-cü ildə də müşahidə olunub. Ötən il ərzində süd və süd məhsullarının istehlak miqdarı 3 kq azalaraq 248,7 kq təşkil edib. 
Müqayisə üçün bildirək ki, 2021-ci ildə Azərbaycan əhalisi hər il adambaşına 294,4 kq süd və süd məhsulları istehlak edirdi. Çörək və süd məhsullarının istehlakında azalma davam etsə də, son illərdə meyvə və tərəvəz istehlakı artır. Ötən il tərəvəz istehlakı bir qədər artaraq 112,2 kq-a, meyvə istehlakı isə 84,4 kq-a çatıb. 2001-ci illə müqayisə etdikdə görürük ki, Azərbaycanda adambaşına tərəvəz və meyvə istehlakı xeyli artıb. Həmin ildə tərəvəz istehlakı 63 kq, meyvə istehlakı isə 37 kq idi. Ötən müddətdə tərəvəz istehlakı 1,78 dəfə, meyvə istehlakı isə 2,27 dəfə artıb. 
İnsan üçün ən mühüm qida məhsullarından biri ət və ət məhsullarıdır. 2023-cü ildə ət istehlakında 0,62 kq artım baş verib və illik adambaşına düşən istehlak miqdarı 35,9 kq olub. 2001-ci ildə Azərbaycan əhalisi adambaşına cəmi 21 kq ət istehlak edə bilirdi. 
Digər qida məhsullarından kartof il ərzində 77,6 kq, balıq və balıq məhsulları 7,8 kq, yumurta 162 ədəd, qənd və qənnadı məmulatları 31,14 kq, yağ istehlakı isə 10,9 kq olub. (Sfera.az)

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər