Siyasət
11.06.2024 / 11:50
193
Ermənistan XİN rəhbəri ABŞ dövlət katibinin müavini ilə GÖRÜŞDÜ
İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Ceyms O`Brayn arasında görüş keçirilib.
Gundem.az xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.
Bildirilib ki, iyunun 11-də ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclası keçiriləcək.
Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsi, eləcə də, növbəti addımlar müzakirə olunacaq. O'Brayn həmçinin ABŞ-nin Ermənistan və Azərbaycan arasında uzunmüddətli və layiqli sülh sazişinin əldə edilməsinə dəstəyi, o cümlədən Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsini müzakirə etmək niyyətindədir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay