BAKU Azərbaycan
°C

Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalaması üçün real imkan var.

Gundem.az “Aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın iştirakı ilə ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclasında deyib.

“Bir daha təsdiqləmək istərdim ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması və 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası prosesinə sadiqdir. Sülh sazişinin layihəsini başa çatdırmaq üçün real imkan, tarixi şans var. Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”, - A.Mirzoyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, səlahiyyətlərinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.

Nazir bildirib ki, İrəvan və Vaşinqton arasında iqtisadiyyat və enerji sektorlarında diversifikasiyaya yönəlmiş geniş spektrli konkret addımlar və proqramlar, müdafiə sahəsində əməkdaşlıq müzakirə olunur. 

Son xəbərlər

1157-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

“Qartal” restoranında nöqsanlar aşkarlandı

Çin nəhənglərinin Bakıya yolu açıldı: Nələr olacaq?

Prezident Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Prezident Anar Quliyevə yüksək vəzifə verdi - SƏRƏNCAM

Dəli kimi sevən 5 bürc: Gözləri kor, qulaqları kardır

“Mənə lağ edən günümə düşsün”

Əvəz Zeynallı azadlığa buraxıldı

Onlara vəzifə verildi

Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - VİDEO

Ana 14 yaşlı qızını əxlaqsızlığa məcbur edib?

Bayrağımız yandırıldı: XİN-dən İrəvan və Parisə sərt reaksiya...

Putinə əhalinin neçə faizi güvənir? - SORĞU

"Bakıda 3 evim var"

Əli Əsədov daha bir qərar imzaladı

Bir həftə əvvəl təhqirə görə ağır cəzalanmışdı, yenə eyni cəzanı aldı

“Uzaq sahillərdə” filmi Berlində bərpa olundu

Bakıda yol vermək üstündə dava - Ölən var

Bu proqramı dərhal telefondan silin - Pulunuzu kartlardan belə çəkirlər

İstanbulda davam edən afterşoklar nə vaxt bitəcək?

Bütün xəbərlər