BAKU Azərbaycan
°C

Artıq məlumat verildiyi kimi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı va Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə 17-18 iyul tarixlərində Bakıda birinci Qurultay keçirilib.

İki gün davam edən qapalı müzakirələrin yekunu kimi Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbər şəxsləri vahid Cəbhənin Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər.

Qurultayda iştirak edən 17 Fransa və Niderland kaloniyalarının səlahiyyətli rəsmiləri Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması haqqında yekun Bəyannaməni imzaladılar. Həmçinin, iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqlədilər.

Bəyannamədə Azərbaycanın dekolonizasiya prosesindəki vacib rolu, habelə BTQ müstəmləkə ərazilərinin azadlığı uğrunda apardığı mübarizəyə verdiyi dəstək və sadiqlik xüsusi vurğulanıb, ölkəyə minnətdarlıq ifadə olunub.

Sənəddə Fransa kolonializminin irqçi və repressiv siyasəti pislənilib, bu xüsusda Yeni Kaledoniya və digər müstəmləkə ərazilərində Fransa hökuməti tərəfindən həyata keçirilən cinayətlər kəskin qınanılıb.

Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılması Fransa müstəmləkəçiliyinə qarşı mərkəzləşdirilmiş platformanın - vahid çətirin yaradılması deməkdir. Qurultay iştirakçıları müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə Fransa kolonializminə qalib gələrək müstəqillik əldə etmək yolunda fəaliyyətlərinin əlaqələndirilməsinə qərar veriblər.

Hazırda müstəmləkə altında yaşayan digər ərazilər üçün üzvlüyə açıq olacaq Cəbhənin yaradılması Fransa müstəmləkələrinin dekolonizasiya prosesində səylərini birləşdirmək və öz müqəddəratlarını təyinetmə məsələlərini dünya ictimaiyyətinə dolğun şəkildə çatdırmaq məqsədi daşıyır. Bundan başqa, Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair strategiyanın, o cümlədən, Fəaliyyət Planının və Gündəliyinin hazırlanaraq beynəlxalq təşkilatlara təqdim edilməsi kimi məsələlər daxildir.

Qeyd edək ki, Fransa Koloniyalarının Qurultayının keçirilməsi məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə lokomotiv rolunu üzərinə götürərək dekolonizasiya prosesinə verdiyi töhfələr nəticəsində mümkün olub.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Fransa müstəmləkələrinin azadlıq uğrunda ədalətli mübarizəsinə dəstəyini davam etdirir.

Son xəbərlər

Təyyarədə siqaret çəkənlər 500 manat cərimələnəcək

Bu hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır

Xankəndidə Zəfər parkının təməli qoyuldu - YENİLƏNİB

“Zirə” hücumçusu ilə vidalaşdı

"Hündür ağacların altında dayanmayın"- Əhaliyə xəbərdarlıq

İlham Əliyev Xocalının Ballıca kəndində bir qrup sakinlə görüşüb

Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi

Ərdoğanla Zelenskinin fotosu gündəm oldu

Vüsalənin həyatında kim var? - FOTO

Prezident Xankəndi tikiş fabrikinin fəaliyyəti ilətanış oldu

Füzulidə maşın traktorla toqquşdu - Azyaşlı öldü

Təyyarə qəzası ilə bağlı yekun hesabat bu tarixə qədər açıqlanmalıdır

Bakıda orta aylıq əməkhaqqı artıb

Hadisə konsertində çətin vəziyyətə düşdü - VİDEO

Qaxda şəlalə dondu - VİDEO

Cəbrayıla növbəti köç karvanı yola salınıb

Azadlıq prospektində maşın aşdı, 2 qadın yaralandı - VIDEO

Prezident Xankəndinə getdi

Azərbaycan nefti bahalaşdı

1091-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Bütün xəbərlər