BAKU Azərbaycan
°C

Keçmiş ABŞ lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın  “X” sosial şəbəkəsinin sahibi İlon Maska verdiyi müsahibə gündəm olub.Qeyd edək ki, sözügedən müsahibə texniki problemlər səbəbilə planlaşdırılandan təxminən 40 dəqiqə gec başlayıb. Mask isə problemlərin arxasında böyük bir kiberhücumun olduğunu iddia etsə də, bu, təsdiqlənməyib.

Gundem.az həmin müsahibədən bəzi önəmli məqamları təqdim edir.

Sui-qəsd

Tramp müsahibə zamanı keçən ay Pensilvaniyada keçirilən mitinqdə məruz qaldığı sui-qəsd cəhdindən söz açıb. O, fikirlərini bu cür ifadə edib: “Bu bir möcüzə idi. Başımı çevirməsə idim, indi səninlə (Maskı nəzərdə tutur) danışmazdım”.

Ukrayna savaşı

Ağ Evin sabiq rəhbəri Rusiyanın Ukraynaya təcavüzündə Prezident Co Baydenin məsuliyyət daşıdığını deyib. Hazırkı prezidenti sərt şəkildə tənqid edən Tramp bəyan edib ki, Bayden vəzifədə olmasa idi, Rusiya heç vaxt Ukraynaya müdaxilə etməyəcəkdi.

O, Putinlə mövcud olan əlaqələrinin münaqişənin qarşısını ala biləcəyini iddia edib:

“"Mən Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi. Biz Ukrayna haqqında danışırdıq. Ukrayna onun göz bəbəyi idi, amma ona hücum etməməsini dedim. Rusiya bizimlə birlikdə Almaniyanı, Napoleonu məğlub edib, onlar böyük gücdür və bu, ədalətli deyil... Biz isə çox pis vəziyyətdəyik. Xüsusi olaraq kimisə qınamayacağam, amma sizə deyə bilərəm ki, savaşı dayandıra bilərdim”.

Kiyevə yardım

Tramp müsahibəsi zamanı Ukraynaya yardım məsələsinə də toxunub. O deyib ki, Avropa İttifaqı (Aİ) ABŞ-nin xərclərinə bərabər yardım etməlidir: “Niyə bizim etdiyimiz yardım qədər onlar da etmir? Bu, niyə bərabərləşdirilmir? Niyə Birləşmiş Ştatlar Avropanı müdafiə etmək üçün qeyri-mütənasib olaraq Avropadan daha çox pul ödəyir? Bunun heç bir mənası yoxdur və ədalətsizlikdir”. Tramp həmçinin Aİ-nin ticarət qaydalarını da tənqid edib.

Yeni rəqibi

Müsahibə zamanı Donald Tramp ABŞ-nin vitse-prezidenti, seçki yarışında rəqibi Kamala Harrisdən də söz açıb. O, Harrisin hazırkı Prezident Co Baydendən daha bacarıqsız olduğunu bildirib: “Bayden bacarıqsızdır. Düzünü desəm, Harrisin ondan daha bacarıqsız olduğunu düşünürəm”.   (Sfera.az)

Son xəbərlər

Rusiyaya gedənlər üçün vacib XƏBƏR: mütləq oxuyun

Nadir bu tarixdə oğluna toy edir - FOTO

Vətəndaşın kartından 27 283 manat belə oğurlandı

Quş qripi sürətlə mutasiyaya uğrayır

Sürücülərin nəzərinə!

Bu marşrutunun hərəkət sxemi müvəqqəti dəyişir

"Samsung"un baş direktoru vəfat etdi

Dünyanın ən varlı qadınları

Qızılın qiyməti rekord həddə BAHALAŞDI

"Liverpul"un ulduzu "Real"da!

Bu BÜRCLƏR ayın sonuna kimi şəxsi xoşbəxtlik tapacaq

16 minlik oğurluq etdi

Aysunun keçmiş ərinin paylaşımına qəribə REAKSİYA:" Acığına gəlməsin, canını yaxşı qurtardın" - FOTO

“Kızıl goncalar”ın final tarixi dəyişdi

Sabahdan bu məktəblərdə dərs başlayır

Arıqlayacağının anonsunu verdi - VİDEO

Qəza aeroport yolunda sıxlıq yaratdı - VİDEO

Süni tənəffüs aparatına qoşulan aktyordan XƏBƏR VAR

"Fənərbağça" bu ulduzunun maaşını azaldacaq

Ən xoşbəxt BÜRCLƏR

Bütün xəbərlər