BAKU Azərbaycan
°C

Türkiyə 13 ildən sonra Ərəb Liqası Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.

Gundem.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərəb Liqasının (DBK) Xarici İşlər Nazirləri Şurasının sabah Qahirədə keçiriləcək 162-ci iclasına Türkiyə də dəvət olunub.

Xarici işlər naziri Hakan Fidanın açılış iclasında çıxış edərək Qəzza başda olmaqla regional məsələlərə, həmçinin Türkiyə-Ərəb Liqası əlaqələrinə toxunacağı bildirilir.

Sonuncu dəfə Türkiyə 2011-ci ildə Ərəb Liqasının toplantısına qatılıb.

Xatırladaq ki, son illərdə Türkiyənin bir neçə ərəb dövləti ilə münasibəti pisləşmişdi. Bu dövlətlər arasında Səudiyyə Ərəbistanı, Misir, İraq və Suriya kimi önəmli ərəb dövlətləri var idi. Atılan addımlar hesabına Türkiyənin Suriya istisna olmaqla, adıçəkilən digər ərəb ölkələri ilə münasibətləri normallaşıb.

Bu normallaşma prosesi yenidən əlaqələrin yaxşılaşmasına, diplomatik təmasların artmasına səbəb olub. Ərəb Liqasının iclasına Türkiyənin dəvət edilməsi də bunun bir əlamətidir.

Son xəbərlər

11 ildir axtarılan narkobaron Azərbaycanda TUTULDU

Bu mesajlara cavab verməyin!

Onları görənlər "əriyir" - Ən xarizmatik üç bürc

Rusiyaya kütləvi hücum: 100-dən çox PUA...

Bu şəxslər mənzillə təmin olunacaq – SİYAHI

Bu ölkə Gürcüstan rəsmiləri üçün vizasız rejimi ləğv etdi

Prezident bu ölkələrin DİN rəhbərlərini qəbul etdi - FOTOlar

Milli Məclisin iclası başladı

Bu BÜRCLƏR iyun gəlməmiş həyatını dəyişdirən təklif alacaq

Təhsil sistemində sərt qərar: Daha 3 məktəb direktoru işdən çıxarıldı

Mərkəzi Bankın rəhbərliyinin maaş ödənişləri 40% artdı

Bu rayonunun bir hissəsində qaz olmayacaq

Şəbnəm Tovuzlu Vəfa Şərifovanı hədələdi: “Əsəbimdən ağlayıram, indi gəlirəm”

Elektrik və hibrid avtomobillər bahalaşacaq? - Güzəşt müddəti bitir

Modriç bu həftə açıqlayacaq: gedir, yoxsa...

Kıvanç Tatlıtuğ ilk dəfə xəstəliyini AÇIQLADI

Qadın avtobus sürücüləri nə qədər maaş alacaq? – Rəsmi AÇIQLAMA

Əfsanələr yenidən üz-üzə gələ bilər - Ronaldo üçün gözlənilməz təklif

Onlar dünyanı fəth edəcək: Mask robotlarına görün nə öyrədir

Macarıstandan nə gözləyək?

Bütün xəbərlər