BAKU Azərbaycan
°C

Prezident İlham Əliyev "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Gundem.az AZƏRTAC-a istinadən bildirir ki, qanunun mətnində deyilir:

"Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 137) 10-cu maddəsinin 5-ci hissəsinin birinci cümləsində hər iki halda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin.

Maddə 2. "Müdafiə haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında və 6-cı maddəsinin birinci hissəsinin dördüncü abzasında "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddələr 489, 503) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 26-cı maddənin birinci hissəsinin iyirmi dördüncü abzasında və 360-cı maddənin birinci hissəsinin səkkizinci abzasında "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə əvəz edilsin;

3.2. 40-cı maddə üzrə:

3.2.1. birinci hissədə "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə əvəz edilsin;

3.2.2. üçüncü hissənin ikinci abzasında "ərzaqdan" sözü "qida məhsullarından" sözləri ilə, üçüncü abzasında "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin;

3.3. 274-cü maddənin birinci hissəsinin altıncı abzasında birinci halda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

3.4. 277-ci maddənin ikinci hissəsinin doqquzuncu abzasında və 286-cı maddədə "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 18, № 5 (I kitab), maddə 499) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 59-cu maddənin beşinci hissəsində, 64-cü maddənin birinci hissəsinin doqquzuncu abzasında, 338-ci maddənin birinci hissəsinin səkkizinci abzasında "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.2. 89-cu maddənin birinci hissəsinin onuncu abzasında, 109-cu maddənin birinci hissəsinin doqquzuncu abzasında, 263-cü maddənin ikinci cümləsində, 268-ci maddənin birinci hissəsinin dördüncü abzasında, 357-ci maddənin birinci hissəsinin on birinci abzasında "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.3. III fəslin iyirmi birinci hissəsinə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.4. 104-cü maddə üzrə:

4.4.1. birinci cümləyə hər iki halda "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin, həmin cümlədə "ərzaqla" sözü "qida məhsulları ilə" sözləri ilə, "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.4.2. ikinci cümləyə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.5. 105-ci maddənin birinci hissəsi üzrə:

4.5.1. birinci, beşinci (ikinci halda), on birinci, on üçüncü və on dördüncü abzaslara "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.5.2. altıncı abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.5.3. doqquzuncu abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.5.4. onuncu və on ikinci abzaslarda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.6. 264-cü maddənin birinci hissəsinə "ərzaq" sözündən sonra "(qida)" sözü əlavə edilsin;

4.7. 265-ci maddənin birinci hissəsi üzrə:

4.7.1. üçüncü abzasda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, hər iki halda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.7.2. dördüncü və beşinci abzaslarda "ərzağın" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.7.3. on birinci və on üçüncü abzaslarda "ərzaq" sözü "qida məhsulları" sözləri ilə əvəz edilsin;

4.8. 266-cı maddədə "ərzaq" sözü "qida məhsulları" sözləri ilə, "ərzaqların" sözü "qida məhsullarının" sözləri ilə əvəz edilsin;

4.9. 345-ci maddənin birinci hissəsi üzrə:

4.9.1. ikinci abzasda "ərzağı" sözü "qida məhsullarını" sözləri ilə əvəz edilsin;

4.9.2. üçüncü (birinci halda) və beşinci abzaslarda "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.

Maddə 5. "Hərbi vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 517 (Cild I) 10.1.12-ci maddəsində "ərzaq" sözü "qida" sözü ilə əvəz edilsin.

Son xəbərlər

Tiktok bu ölkədə qadağan edilə bilər

Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu

Az miqdarda alkoqolun ölümcül ola biləcəyi xəstəliklər - Xəbərdarlıq

Messi "Qalatasaray"a transfer olacaq? - Şok iddia

Azərbaycanda sexdə partlayış - xəsarət alanlar var - FOTO

Bu şəxslərə südlü qəhvə içmək olmaz

Bakıda qadını aldadıb pullarını alan şəxs tutuldu

26 yaşlı qız dəm qazından boğularaq öldü

Qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar

Aparat rəhbərinə ağır itki - FOTO

Elnarə Abdullayevanın ailəsində pis xəbər

İsmayıllıda yanğın

Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

Bütün xəbərlər