BAKU Azərbaycan
°C

Azərbaycanın Qarabağ Zəfəri, əslində, türklərin gücünü dünyaya göstərmək baxımından əhəmiyyətli bir Qələbədir. Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu lazım olanı etdi və torpaqlarını işğaldan qurtardı. Amma bütün məsələlər hələ ki, bitməyib. Azərbaycan sülhün tərəfdarıdır və sülh təkliflərini qarşı tərəfə - Ermənistana çatdırıb. Hazırda danışıqlar davam edir. Təbii ki, biz bu danışıqlardan müsbət, konkret nəticələr gözləyirik. Biz Ermənistandan da Azərbaycanın bu səmimi xoş niyyətinə müsbət cavab verməsini gözləyirik.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, TBMM-in NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Beynəlxalq Demokratlar Birliyinin (UID) Bakıda yerləşən Türk Ticarət Mərkəzində keçirilən iclasında çıxışı zamanı deyib.

 

M.Çavuşoğlu fikirlərinə belə davam edib: “Əvvəllər öz yerlərindən köçməyə məcbur olmuş azərbaycanlı qardaşlarımız hazırda öz vətənlərinə dönürlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı üçrəngli bayrağımızın dalğalandığı bütün torpaqların yenidən qurulması üçün böyük səylər var və keçmiş məcburi köçkün dediyimiz qardaşlarımız bu torpaqlara sevinclə qayıdırlar. Qərbi Azərbaycan İcmasının məqsədi zorla didərgin edilən qardaşlarımızın da sülh yolu ilə və beynəlxalq hüquq çərçivəsində öz evlərinə qayıtmasıdır. Digər tərəfdən, Azərbaycanın vaxtilə işğal olunmuş torpaqlarında dağıdılan bütün tarixi abidələr, məscidlər, qəbiristanlıqlarla bağlı bir çox problemlər davam edir. Təəssüf ki, Ermənistanı bu prosesə mənfi yönləndirməyə çalışan Fransa kimi ölkələr də vardır”.

 

Türkiyənin sabiq xarici işlər nazirinin sözlərinə görə, növbəti dövrlərdə Cənubi Qafqazın əhəmiyyəti daha da artacaq. Xüsusilə Azərbaycan və Türkiyənin mərkəzdə olduğu Şərq-Qərb dəhlizinin ticarət, nəqliyyat və enerji kimi bir çox sahələrdə əhəmiyyəti artır. “Odur ki, bu bölgənin əhəmiyyəti artdıqca UID-nin bütün məsələlərdə və hər şeydən əvvəl Azərbaycanın qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərməsini gözləmək hər bir Türkiyə və Azərbaycan vətəndaşının borcudur. Qurumun bunu uğurla həyata keçirəcəyinə tam inanırıq. Can Azərbaycanın haqq işini müdafiə etmək bizim tariximizə, keçmişimizə, şəhidlərimizə, qazilərimizə borcumuzdur. UID bununla bağlı üzərinə düşəni yerinə yetirməyə davam edəcək. Digər tərəfdən, məqsədimiz Türkiyə və Azərbaycanın hüquqlarının müdafiəsində diaspor dediyimiz xaricdə yaşayan azərbaycanlılarla türkiyəlilərin arasında birliyi təmin etməkdir. Bütün dünya üzrə UID-lərin sədrlikləri, regional sədrlikləri və qərargahımız bununla bağlı ciddi səylər göstərir. Hesab edirəm ki, buradakı ofis də bu mənada mühüm rol oynamalı və rolunu daha da artırmalıdır. Yəni, buradakı UID Türkiyəyə, qərargaha bağlı UID olmayacaq. İnanırıq ki, institusional formatda çalışaraq Azərbaycana çox mühüm xidmətlər göstərəcəyik. Biz hər zaman UID-nin yanında və onun xidmətində olacağıq, bütün işlərinə bacardığımız qədər dəstək verməyə çalışacağıq. Biz həmişə birik, bir yerdəyik, bir millət, iki dövlətik, amma lazım olanda bir dövlət kimi davranmağı da bilirik. Biz bunu bütün dünyaya göstərmişik”, - deyə M.Çavuşoğlu vurğulayıb.

Son xəbərlər

Azərbaycana ucuz avtomobillər gətirildi - VİDEO

Abdolbari Gözəl vəfat etdi

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

"Barselona”dan yeni rekord: 20 milyon...

Bu rayonlara qar yağır

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

TƏBİB-dən İmişlidəki qəza ilə bağlı açıqlama

Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Sürücülərə xəbərdarlıq!

3 uşaq atasının meyiti tapıldı

Deniz Akkaya 13 il müddətinə həbs edildi

Velosipedini qırmızı xalçada parkinq etdi, cərimələndi

Polis əməliyyatlar keçirdi - 38 nəfər saxlanılıb

Bu BÜRCLƏR tezliklə əsl xoşbəxtliyi tapacaq

Belçika millisinin baş məşqçisi istefayaGÖNDƏRDİ

Müdafiə Nazirliyi məlumat yaydı -VİDEO

İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır!

Cəbrayıla daha 42 ailə yola salındı

Maşın eşşək arabası ilə toqquşdu: ölən var

Qəzza ilə bağlı atəşkəs: 5 ölkə nəzarət edəcək

Bütün xəbərlər