BAKU Azərbaycan
°C

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu ünvanlayıb.

Gundem.az-ın məlumatına görə, mətndə deyilir:

"Əlahəzrət,

Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

2024-cü ildə Azərbaycanın Banqkokda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Tailand arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Son xəbərlər

“Azerbaijan” və “Ilham Aliyev” həştəqləri “X”in trendində! - FOTO

Universitetlərin rus bölməsinə qəbul dayandırılıb?

Rayonlara qatarla getmək istəyənlərin nəzərinə! - Cədvəl

Sabah yağış yağacaq

Prezidentdən Rauf Vəliyevlə bağlı - Sərəncam

Metroda doğulan körpənin vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

Balıkesirdə daha bir zəlzələ oldu

“iPhone 17 Pro”da yenilik- Bu yaddaş növü ləğv edilir

Bu gündən ixtisas seçiminə start verilir

Sabah pensiyalar ödəniləcək

“Qalatasaray” Morata ilə yollarını ayırdı

Bu rayonlara leysan yağır

İxtisas seçimi edəcək abituriyentlərin DİQQƏTİNƏ!

Yerdəki maqnit qasırğası səviyyəsi ARTDI

Bu ay "pulla çiməcək" BÜRCLƏR: ulduzlar sərvət və fürsət vəd edir!

Münir Özqulun üçüncü arvadı da vəfat etdi - FOTO

Vaşinqton görüşü: Cənubi Qafqazın geosiyasi xəritəsi dəyişir

"Beşiktaş" İngiltərədən oyunçu transfer etdi - FOTO

Əməkdar artist elə meyxana dedi ki... - VİDEO

Ağır QƏZA: 3 ölü var - FOTO

Bütün xəbərlər