BAKU Azərbaycan
°C

Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə xüsusi vüsət almağa başlamış və milli-mənəvi dəyərlərə bağlılığın, Vətənə xidmətin nümunəsinə çevrilmiş könüllülük hərəkatı Azərbaycan gənclərinin vahid məqsəd ətrafında hazırkı uğurlu fəaliyyətinin təcəssümüdür. Dövlətimizin hərtərəfli dəstəyi sayəsində sıraları durmadan genişlənən bu hərəkat yüksəliş yolu ilə irəliləyərək indiki inkişaf səviyyəsinə çatmış və cəmiyyət həyatının bütün sahələrinə nüfuz etməyə müvəffəq olmuşdur.

Gundem.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan könüllülərinin VII həmrəylik forumunun iştirakçılarına müraciətində yer alıb.

Bu forumun "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkilinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan Prezidenti əlavə edib: "Belə ki, əməli fəaliyyətlərində daim xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri rəhbər tutan könüllülərimiz təbiətin və ətraf mühitin qorunması istiqamətində vətəndaşlar arasında maarifləndirmə işinə böyük töhfə verirlər. Onlar ölkəmizdə dünyanın ən irimiqyaslı və mühüm tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi günlərdə vəzifələrinin öhdəsindən layiqincə gəldilər".

Prezident İlham Əliyev qeyd edib ki, dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpası nəticəsində müstəqillik tariximizin artıq yeni mərhələsini yaşayırıq. İşğaldan azad olunmuş ərazilərimizdə həyatın sürətlə yenidən canlandırılması üçün misilsiz quruculuq işləri aparılmaqdadır. Gənclər siyasətinin başlıca prinsiplərinə uyğun innovativ sosial təşəbbüsləri ilə ölkəmizin davamlı tərəqqisinə xidmət göstərən könüllülər Böyük Qayıdış prosesində də fəal iştirak edirlər.

"İnanıram ki, siz milli dövlətçiliyə dərin sədaqəti bundan sonra da həyatınızın amalı biləcək, Vətənimizin qüdrətinin artırılması naminə bilik və bacarığınızı əsirgəməyəcəksiniz", - deyə vurğulayan Azərbaycan Prezidenti könüllülərə gələcək işlərində nailiyyətlər arzulayıb.

 

Son xəbərlər

Zakir Həsənov Şəhidlər xiyabanını ziyarət etdi

Mask xəbərdarlıq etdi

Akademik: “Yeni meymunçiçəyi virusu tənəffüs yolu ilə keçə bilər”

ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım etdi

Azadlığın Qanlı Yanvardan keçən yolu

Rusiyada bu azərbaycanlıların sürücülük vəsiqəsi etibarsız sayılacaq

Xəstəxana işçisi işədüzəltmə vədləri ilə 17 min manat alıb

Əməkdar artist vəfat etdi - FOTO

Dubaya uçan təyyarə Bakıya məcburi eniş etdi

Xəzər dənizində zəlzələ oldu

Bu gün 20 Yanvar faciəsindən 35 il ötür

Azərbaycana ucuz avtomobillər gətirildi - VİDEO

Abdolbari Gözəl vəfat etdi

80 minlik dələduzluğa məruz qalan Hökumənin atası danışdı

"Barselona”dan yeni rekord: 20 milyon...

Bu rayonlara qar yağır

İmişlidə qəza: hadisə yerində xuliqanlıq edənlər saxlanıldı

TƏBİB-dən İmişlidəki qəza ilə bağlı açıqlama

Hökumənin ailəsindən oğurlanan pul belə geri qaytarıldı

Sürücülərə xəbərdarlıq!

Bütün xəbərlər