
“9 ildən sonra Azərbaycana bu səfəri yüksək qarşılayırıq” - Yenilənib
“Bu gün 9 illik fasilədən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfərini yüksək qarşılayırıq”.
Gundem.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan üçün Aİ əsas ticarət tərəfdaşıdır: “2024-cü ilin yekunlarına görə, Azərbaycanla Aİ arasında ticarət dövriyyəsi 20 milyard ABŞ dolları təşkil edib. Azərbaycan uzun illər Aİ üçün etibarlı tərəfdaş olub. Bunlar sırasında ilk olaraq enerji sahəsində əməkdaşlığı qeyd etmək olar”.
***
C. Bayramov Azərbaycan-Ermənistan münasibətlərindən də danışıb: “Bölgədə narahatlıq olaraq həm Ermənistan konstitusiyasında müddəaların yer alması, həm də Ermənistanda revanşist meyllərin olması ciddi narahatlıq doğurur. Ermənistanın sürətlə silahlanması əfsuslar olsun ki təhdid olaraq qalır”.
Nazir, həmçinin iki gün öncə İrəvanda kütləvi yürüş zamanı Azərbaycan və Türkiyəyə qarşı səsləndirilən ittihamlar, iki ölkə bayrağının yandırılması kimi qəbuleldilməz hərəkətlərin olduğunu xatırladıb. O bildirib, ki dünən Fransanın paytaxtı Parisdə də oxşar hadisə qeydə alınıb. /“Qafqazinfo”
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay