BAKU Azərbaycan
°C

Prezident İlham Əliyev iyunun 18-də Bolqarıstan Milli Assambleyasının sədri Nataliya Kiselovanı qəbul edib.

Gundem.az xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin strateji xarakter daşıdığını deyərək, əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərləri və həyata keçirilən birgə layihələri qeyd edib. Siyasi münasibətlərimizin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı son illərdə enerji sahəsində aktiv qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən məmnunluğunu bildirib.

Prezident Nataliya Kiselovanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısında iştirakının önəminə toxunub, səfərin səmərəli olacağına və ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün də yaxşı imkan yaradacağına ümidvarlığını ifadə edib.

Qəbula görə dövlət başçısına minnətdarlıq edən qonaq ölkələrimizin əlaqələrinin inkişafından məmnunluğunu bildirib, Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni vurğulayıb.

N.Kiselova Heydər Əliyev Fondunun dəstəyi ilə Bolqarıstanın Veliko-Tarnovo şəhərində Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasını xatırladaraq, bunun bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib və bu layihənin həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Söhbət zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Bakıda keçirilən toplantısının əhəmiyyətinə toxunularaq, bu tədbirin quruma üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində rolu vurğulanıb. Assambleyaya sədrliyin Azərbaycandan Bolqarıstana keçdiyi bildirilərək, ölkəmizin bu təşkilata yüksək səviyyədə sədrlik etdiyi qeyd olunub.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilat çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsi qeyd edilib, iqtisadi-ticari, enerji, o cümlədən bərpaolunan enerji və digər sahələrdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.

 



Son xəbərlər

Ukraynada daha bir azərbaycanlı həlak oldu

Nazirlikdən çimərliklərlə bağlı əhaliyə - Müraciət

Ceylo bir də ərə getməyəcək - səbəbi özü açıqladı

Prezidenti sosial şəbəkələrdəki rəsmi səhifələrində Xanyurdu kəndində sakinlərlə görüşündən görüntülər paylaşılıb - VİDEO

Vəfa çətin anlar yaşadı, köməyə mühafizəçilər gəldi - VİDEO

Arif Əzizov vəfat etdi

Gənc qızın ilk iş günündə geyindiyi geyim başına bəla oldu

Bakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə AĞLADI

“Sea Breeze”ə marşrut xətti fəaliyyətə başlayır

Sürücülərə XƏBƏRDARLIQ - Bu yol 2 gün bağlı olacaq

Premyer Liqada yeni mövsümün püşkü atıldı

1241-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18-ci əsrdə batırılan qızıl dolu gəminin qalıqları tapıldı: Xəzinə yerindədir - FOTOLAR

Günün ULDUZ FALI - Elə qərar verilə bilər ki...

"Qızım Azərbaycandan köçdü"

Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır

Deputatlar yay tətilini harada keçirəcək? - SORĞU

ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

Bu tarixə qədər Azərbaycanda dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ

“Hyundai Accent” “Gelandewagen”i aşırdı - VİDEO

Bütün xəbərlər