BAKU Azərbaycan
°C

Azərbaycan Prezidenti İlham Əliyev Məhkəmə-Hüquq Şurasının 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Gundem.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları,

Sizi Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illik yubileyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransın öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı yetirirəm.

2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun bünövrəsini qoymaqla, insan hüquqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbit etmişdir.

İnsan hüquqlarının müdafiəsinin ən mühüm vasitələrindən biri olan müstəqil məhkəmə sisteminin yaradılması və inkişaf etdirilməsi dövlət siyasətimizin daim diqqət mərkəzindədir.

Hüquq islahatları çərçivəsində 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarəetmə orqanı qismində təsis edilmiş Məhkəmə-Hüquq Şurası fəaliyyət göstərdiyi 20 il ərzində hər kəsin məhkəməyə müraciət etmək imkanının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun formalaşdırılması, məhkəmə fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində və digər mühüm istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail olmaqla, cəmiyyətin ədalət mühakiməsinə inamının möhkəmlənməsində xüsusi rol oynamışdır.

Eyni zamanda ictimai münasibətlərin inkişafı, sürətlə artan rəqəmsallaşma və müasir dövrün digər tendensiyaları məhkəmə idarəçiliyi məsələlərinə yeni yanaşmaların tətbiqini zəruri edir.

Əminəm ki, bugünkü konfransda aparılacaq müzakirələr məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlara cavabların axtarılmasına, bununla da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına öz töhfəsini verəcək".

Son xəbərlər

Ərdoğandan PKK ilə bağlı ilk- Açıqlama

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Xarici səyyahlar Cəbrayılda - FOTO

Ən həssas BÜRCLƏR: Söz deməmiş gözlərinin yaşı "süzülür"

Azərbaycanda hiss olunan zəlzələ oldu

1234-cü gün: Rusiyanın itkiləri yeniləndi

Əhaliyə xəbərdarlıq: Növbəti 3 gündə...

Ölkədə doğulan körpələrin sayı açıqlandı

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Bütün xəbərlər