BAKU Azərbaycan
°C

Kahramanmaraşdakı "Azərbaycan" məhəlləsi xalqlarımızın talelərinin ayrılmazlığının göstəricisi olan "Bir millət, iki dövlət" kəlamının həyata keçirilməsinin daha bir nümunəsidir. Bu gün biz Türkiyə və Azərbaycanın həmrəyliyinin, birliyinin sarsılmazlığını bir daha dünyaya nümayiş etdiririk.

Gundem.az xəbər verir ki, bu sözləri iyunun 19-da Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyənin dövlət başçısı Prezident İlham Əliyevin simasında Azərbaycanın on milyon sakinini səmimiyyətlə salamladı.

Prezident xatırladıb ki, 2023-cü ilin fevralında baş vermiş dağıdıcı zəlzələlərin fəsadları ilə üzləşən Türkiyəyə yardıma ilk gələnlərdən biri də Azərbaycan olub.

"Azərbaycan xalqının həmrəyliyini və dəstəyini heç vaxt unutmayacağıq. Türkiyə xalqına kömək əlini uzatdıqları üçün Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya xüsusi minnətdarlığımı bildirmək istəyirəm", - deyən Prezident Ərdoğan Kahramanmaraşın "Azərbaycan" məhəlləsini təbii fəlakət bölgəsinin bərpasının qürur mənbəyi adlandırıb.

Türkiyə lideri, həmçinin Kahramanmaraşda yeni yaşayış kompleksi layihəsinin həyata keçirilməsinə görə Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) və Türkiyənin Mənzil İnşaatı Dövlət İdarəsinə (TOKİ) təşəkkür edib.

Son xəbərlər

Ərdoğandan PKK ilə bağlı ilk- Açıqlama

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

Xarici səyyahlar Cəbrayılda - FOTO

Ən həssas BÜRCLƏR: Söz deməmiş gözlərinin yaşı "süzülür"

Azərbaycanda hiss olunan zəlzələ oldu

1234-cü gün: Rusiyanın itkiləri yeniləndi

Əhaliyə xəbərdarlıq: Növbəti 3 gündə...

Ölkədə doğulan körpələrin sayı açıqlandı

“Sabah”ın qapıçısından qalmaqallı açıqlama - “Klubda mənə ayrıseçkilik olundu”

Avtobuslara onlayn bilet satışı 2 dəfəyə yaxın artıb

Görün Ukrayna ABŞ-dan nə istəyir: Zalujnı xahiş etdi

Qadın iynədən şoka düşüb öldü

Azərbaycanlı müğənninin aksessuar qiymətləri "dodaq uçuqlatdı" - tək saatı 20 min manat... - FOTO

Azərbaycanda əhalinin sayı ARTDI

Faciəvi şəkildə ölən 3 azyaşlının GÖRÜNTÜLƏRİ KÖVRƏLTDİ

Azərbaycana "cəhənnəm istisi" gəlir - BU TARİXDƏN

Daha 2 abidəmiz UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Ölkəmizdə nikah sayı artdı, boşanma azaldı

Pensiyalar ödənildi

Bütün xəbərlər