BAKU Azərbaycan
°C

Fransa prezidentliyinə namizəd Valeri Pekress Qarabağa səfər edib.

Gundem.az xəbər verir ki, Valeri Pekress Ermənistana səfəri zamanı "Erablur” panteonunda erməni separatçıların məzarını ziyarət edib.

Onun burada qarşısına gül qoyduğu məzarlardan biri diqqət çəkib. Belə ki, sözügedən məzarın üzərində faşizmin rəmzi hesab olunan svastika işarəsi olub.

Ermənistanın faşistləri və faşizmin qəhrəmanlaşdırılmasını uzun illərdir təbliğ etməsi demək olar ki, hər kəsə bəllidir. Lakin dünyanın hazırda bu problemə qarşı mübarizə apardığı bir zamanda Fransada prezidentliyə namizəd olan rəsmi bir şəxsin bu addımı atması haqlı olaraq birmənalı qarşılanmayıb.

Bir faktı da qeyd etmək lazımdır ki, Valeri Pekress əgər Almaniya və yaxud Fransada üzərində faşizmi tərənnüm edən nişan olan hər hansı məzarı ziyarət etsə idi, bu, onun barəsində cinayət işinin başladılmasına səbəb olardı.

Qeyd edək ki, dekabrın əvvəli Fransada prezidentliyə digər namizəd Erik Zemmur da Ermənistana səfər etmişdi. Bu səfərlərin məqsədi isə əlbəttə ki, aydındır. Belə ki, Erməni Diasporu üzrə Araşdırmalar Mərkəzinin məlumatına görə, Fransadakı erməni icması 600 minə yaxın insanı əhatə edir ki, onların da 400 mini seçici hüququna malik şəxslərdir. Ermənistanın 44 günlük müharibədə məğlub olması dünyadakı ermənilərlə yanaşı, təbii ki, Fransadakı erməniləri də məyus edib. Bu səbəbdən də Fransada prezidentliyə namizədlər Ermənistana tez-tez baş çəkərək bu səfərləri seçki zamanı səsə çevirmək istəyirlər.

Fransada növbəti prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək. (qafqazinfo)

Son xəbərlər

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Rəşad Dağlının qızının səhhətində problem yarandı, təcili əməliyyata götürüldü - FOTO

Leysan və qar yağıb - Ölkədə FAKTİKİ HAVA

Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”

Qətlə yetirilən tələbə Könülün ailəsində daha bir FACİƏ

Bütün xəbərlər