BAKU Azərbaycan
°C

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qirqoryan qeyd edib ki, Azərbaycanla danışıqlarda anklavlar məsələsi qaldırılmayıb. O, əlavə edib ki, anklavlar hər iki tərəfdə var və bunlar dəyişdirilməlidir. Ermənistan Azərbaycana altı şərt irəli sürüb. Görünür, anklavlarla bağlı bənd bu təklifə salınıb”. 

Gundem.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Ermənistan Gədəbəy rayonundakı Başkənd anklavını nəzərdə tutur və Qazaxın bir neçə kəndini Azərbayacana qaytarmaqda maraqlı görünmür:

“Qazaxın yeddi kəndi və Naxçıvan MR Kərki kəndi sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyanın işinə salınmalıdır. İlk növbədə Azərbaycan Prezidenti İlham Əliyev ADA-dakı çıxışında deyib ki, Ermənistanla sərhdlərin müəyyənləşməsində məhz 1918-ci ildən başlayan xəritələr əsas  götürülməlidir. Təbii ki, bu xəritələrin əsas götürülməsi Ermənistanın anklavalarla bağlı təkliflərinə son qoyucaq. Prezidentin bu konteksdə mövqeyi məhz Ermənistanla hər hansı ərazi mübadiləsini istisna edir”. 

“Ümumiyyətlə, Ermənistanla sərhədlərin demarkasiyası uzun çəkəcək. Azərbaycan anklavlarla bağlı məsələdə Ermənistana güzəştə getməməlidir. Nikol Paşinyan daxili auditoriyadan çəkindiyi üçün bu məsələdə maraqlı deyil. Amma Ermənistan cəmiyyəti də bilməlidir ki, anklav kəndlər Azərbaycan torpaqlarıdır”, - deyə politoloq bildirib.

Turan Rzayev
 

Son xəbərlər

Bir-birinizə uyğun olub-olmadığınızı yoxlamağın 3 ƏSAS YOLU

İlham Əliyevin məktubu İsveç Baş Nazirinin Ofisinə təqdim edildi

Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?

"Barselona"nın düşərgəsində gərginlik: Xavi məşqi ləğv etdi

Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu - VİDEO

Bakıda ev qiymətinə sini satılır - FOTO

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq?

Meksikada da zəlzələ oldu

İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı

Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO

Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO

Rusiyada daşqınlar: suyun səviyyəsi 10 metrə çatdı

“iPhone 16 Pro”nun yaddaşı 2 dəfə artırılacaq

Qəzzada ölən uşaqların sayı açıqlandı

Boksçumuz Avropa çempionatına qələbə ilə başladı

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Abşeronda oğlan özünü yandırdı

May ayında pul içində üzəcək 3 bürc

Bütün xəbərlər