BAKU Azərbaycan
°C

Ermənistanda yenidən etiraz aksiyaları başlayıb. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları paytaxtın Fransa meydanında toplaşıb, daha sonra 4 istiqamətdə yürüşə keçiblər. Ermənistan parlamentinin vitse-spikeri, müxalifət lideri İşxan Saqatelyan xalqı hakimiyyət qüvvələrinə qarşı dirəniş göstərməyə və geri çəkilməməyə çağırıb:

“Bütün şəhəri iflic etməliyik. Yürüşlər geniş olmalıdır ki, polis onları saxlaya bilməsin”.
 
Ermənistan müxalifəti Paşinyanı Qarabağı təslim etməkdə ittiham edir. Maraqlıdır, etiraz aksiyaları həqiqətən də baş nazirin istefasına səbəb ola bilərmi?

Sualımızı cavablandıran politoloq, “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu vurğulayıb ki, Ermənistanda müxalifətin keçirdiyi mitinqlər fonunda ermənilərin müxtəlif istiqamətlərdə yenidən atəşkəsi pozmaq cəhdləri bir-birilə bağlıdır və bu “Qarabağ klanı”na bağlı qüvvələrin əməlidir. 

Analitikin sözlərinə görə, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır:

“Ona görə də o, Bakının təqdim etdiyi 5 maddədən ibarət tələbi də qəbul edib. Sərhədlərin delimitasiyası, sülh müqaviləsinin imzalanması istiqamətində artıq real addımların atılmasına başlanılıb. Həmin maddələrin qəbulu isə İrəvanın Bakı və Ankara ilə yaxınlaşmaq istiqamətində addım atması demək olacaq. Paşinyan hökumətinin bu mövqeyi isə Ermənistan müxalifətinin maraqlarına cavab vermir. Çünki Paşinyanı mövqeyinin möhkəmlənməsi Köçəryan və Sarkisyandan ibarət “Qarabağ klanı”nın mövqeyinin daha da itirilməsi demək olacaq. Bu isə erməni müxalifətini qıcıqlandırır. Ona görə də onlar əllərində olan bütün vasitələrdən istifadə etməyə çalışır. Qarabağdakı qanunsuz silahlı birləşmələr bilavasitə “Qarabağ klanı” ilə bağlıdır. Bu səbəbdən İrəvanda mitinqlər dalğasının artdığı bir ərəfədə ermənilər tərəfindən müxtəlif istiqamətdə atəşkəsin pozulması ilə müşayiət olunan son olaylar həmin klana bağlı qüvvələr tərəfindən törədilir. Şübhəsiz ki, “Qarabağ klanı” Paşinyanın Bakı və Ankara ilə yaxınlaşması planını pozmaq üçün buna gedib. Aydındır ki, Azərbaycanla Ermənistanın yaxınlaşması “Qarabağ klanı” və Rusiyanın maraqlarına cavab vermir. Çünki belə vəziyyətdə Moskvanın regiona təsir vasitələri zəifləyir. Ona görə də Ermənistanda baş qaldıran aksiyalar fonunda Qarabağ və sərhəd zonasında ermənilərin atəşkəsi pozmaları təbii haldır”. 

A.Rəşidoğlu bildirib ki, Paşinyan hakimiyyətə gələndən əsasən Qərbpərəst siyasət yeridir. Bu baxımdan Rusiyadan qopub, Qərbə yaxınlaşmaq onun ürəyindəndir:

“O, hərəkata da bu niyyətlə başlamışdı. Amma ona bu siyasəti tam şəkildə həyata keçirməyə mane olurlar. Erməni müxalifəti, Moskva, Qarabağ münaqişəsi, Azərbaycanla sülh müqaviləsinin bağlanmaması hələlik Paşinyana bu məsələdə əngəl olur. Erməni müxalifətinə fitva verilən kimi, onlar küçələrə çıxaraq zorakı yollarla Paşinyanın istefasına nail olmağa çalışırlar. Bir sözlə, Paşinyana tam olaraq Qərbə doğru istiqamət götürməyə imkan vermirlər. Şərait hələ bu addımı atmağa imkan vermir. Ona görə də Paşinyan mürəkkəb vəziyyətlə üz-üzədir. Bu səbəbdən də Paşinyan hələ ki, Rusiyanın kaprizlərinə dözmək zorundadır. O, şəraitə uyğun realist siyasət yürüdür. Çünki birdən-birə bunu etmək mümkün deyil. İmkan daxilində çalışır ki, addım-addım, tədricən Rusiyadan qopub ölkəsinin səmtini Qərbə doğru yönəltsin. İnanmıram ki, Paşinyanın devirmək asan olacaq. Onun savaşdakı məğlubiyyətinə baxmayaraq, xalq yenidən Paşinyana səs verdi. Onun arxasında xalq dayanır, “Qarabağ klanı”nın isə arxasında ancaq Kreml durur”.

Yeganə
Gundem.az

Son xəbərlər

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı TƏRK ETDİ - VİDEO

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

Həmcinsi ilə evlənən azərbaycanlı jurnalist: Utanmıram!

Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul etdi - FOTO

Nazir Fəqan Şabanova vəzifə verdi

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy və…

Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb

İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO

Qazaxda 87 yaşlı kişi sükan arxasında infakt keçirdi

Rusiyada “Crocus” terrorçularını saxta yolla qeydiyyata salan şəxs həbs edilib

Qazaxıstanda daşqınlar səbəbindən dövlət vəsaitlərinə qənaət rejimi tətbiq edilib

Serbiya Prezidenti COP-29-a dəvət edildi

“ULTRA Technologies”: 25 il “Hər zaman İnnovasiya” şüarı ilə

Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Türkiyənin milli gəliri kəskin artdı

Ərdoğandan Antalyadakı faciə ilə bağlı açıqlama

Daha iki rayonda günəş elektrik stansiyaları qurulacaq

Leyla Əliyeva Nizami rayonunda ağacəkmə aksiyasında - FOTO

“Neftçi”dən "quru hesablı" məğlubiyyət

Bütün xəbərlər