BAKU Azərbaycan
°C

“2022-ci ilin yanvar ayının əvvəlində Qazaxıstanda sosial zəmində başlayan etiraz aksiyaları qısa vaxtda ölkənin bir neçə şəhərini bürüdü və Tokayev bu aksiyaları yatırtmaq üçün Rusiyanın başçılıq etdiyi KTMT qüvvələrini köməyə çağırdı. Həmin vaxt əksər analitiklər hesab edirdilər ki, Qazaxıstanda baş verənlər onun türkdilli dövlətlərlə, xüsusilə də Türkiyə ilə münasibətlərinə zərbə vuracaq. Amma baş verən proseslər onu göstərir ki, vəziyyət heç də o yöndə cərəyan etmir, əksinə Qazaxıstan Ukrayna məsələsində Rusiyaya dəstək verməməklə yanaşı, həm də Türkiyə ilə münasibətləri ən yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu açıq şəkildə ortaya qoyur”.

Bu sözləri Gundem.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin mayın 10-da Türkiyəyə baş tutan səfəri haqda danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə və Qazaxıstan arasında  ümumi həcmi 1 milyard dollardan artıq olan sənədlər imzalanıb:

“Onu da qeyd etmək lazımdır ki, tərəflər arasında müxtəlif sahələri əhatə edən 15 sənəd imzalandı və o cümlədən, strateji müttəfiqlik haqqında sənəd imzalandı. Tərəflər arasında imzalanmış sənədlər hər iki ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni və strateji sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi və şaxələndirilməsini nəzərdə tutur.
Burada sual yaranır ki, Rusiya ilə həm Gömrük İttifaqında, həm KTMT-də, həm də Avrasiya İttifaqında birgə olmasına baxmayaraq, Qazaxıstanı belə cəsarətləndirən amillər haradan qaynaqlanır?

Təbii ki, burada ilk ağlagələn Rusiyanın Ukraynada apardığı uğursuz işğalçılıq müharibəsidir. Digər tərəfdən, son zamanlar Türkiyənin regionda və dünyada artan nüfuzudur. Əlbəttə ki, burada Türkdilli Dövlətlər Təşkilatını yaddan çıxarmaq mümkün deyil.

Gözləniləndir ki, yeni dünya nizamında Rusiyanın nüfuzunun daha çox olduğu regionlarda, xüsusilə də Mərkəzi Asiyada əldəyişimi baş verəcək və onu Türkiyə əvəz edəcək. Obrazlı desək, Türkiyə üç qitədə “jandarma funksiyası”nı yerinə yetirəcək. Bu isə o deməkdir ki, Türkiyə həm Avropada, həm Asiyada, həm də Afrikada getdikcə daha da güclənəcək”. 

Politoloqun sözlərinə görə, Rusiyanın tədricən çəkildiyi regionlarda yeni strateji hədəf uğrunda mübarizə güclənəcək:

“Burada isə Türkiyənin yeni rəqibi Çin ola bilər. Nəzərə alsaq ki, Çinin də Qazaxıstanda güclü nüfuzu var, o zaman Qazaxıstan uğrunda yeni mübarizənin Türkiyə və Çin arasında gedəcəyi daha çox real görünür. Çin Mərkəzi Asiyada yumşaq güc kimi iqtisadi “rıçaq”lardan istifadə etdiyi halda, Türkiyə həm siyasi, həm iqtisadi, həm mədəni, həm də dini amillərdən istifadə edir”.

Turan Rzayev
 

Son xəbərlər

Kişi tanış olduğu 50 qadını məhkəməyə verir – SƏBƏB

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir

Dubay aeroportu təyyarələrin qəbulunu məhdudlaşdırdı

Vladimir Kazimirov vəfat etdi

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı

Şəmkirdə 27 yaşlı kişi BIÇAQLANDI

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Döş xərçəngindən qorunmağın 5 YOLU

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

İstanbulda sürüşmə olub, 70 nəfər təxliyə edilib

İlin sonunadək bu 3 bürcün bəxti hər şeydə gəticək - Sevgi, pul, yeni iş…

İcma: “G7-nin ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir”

Limon və laym arasındakı fərq nədir?

İş yerinizi tez-tez dəyişirsinizsə, bunun 3 SƏBƏBİ var

Maksimum bal toplayan şagirdlərin adı AÇIQLANDI

Yevlaxda 62 yaşlı piyadanı maşın vurdu

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bütün xəbərlər