BAKU Azərbaycan
°C

Mayın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan nazir Vilayət Eyvazov dövlət başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sferasının da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib.

İki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran nazir Vilayət Eyvazov rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv olaraq inkişafına daim önəm verdiyini bildirib. O, bu əlaqələrin ilk növbədə qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığını nəzərə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Seyfullah Hacımüftüoğlu iki ölkənin müvafiq qurumları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının nümayəndələri iştirak ediblər.

Son xəbərlər

Bu gün İlham Əliyev Paşinyanla GÖRÜŞƏCƏK

Aparıcı efirdə xəbərə əsəbiləşib, studiyanı tərk etdi - VİDEO

İyulun 1-dən bu qərar qüvvəyə minəcək

Məşhur cütlük evləndi - FOTO

Pakistanda eks-nazir polis tərəfindən saxlanıldı

Bəhram Bağırzadənin üzr VİDEOSU YAYILDI

Fransada təyyarə qəzası: Ölənlər var

"Qarabağ" "Neftçi"ni məğlub etdi

İrəvan-Antalya təyyarə reysinin uçuş tarixi AÇIQLANDI

"Səbail" "Sumqayıt"a uduzdu

"Akıncı" PUA-ları Bakıya eniş etdi - VİDEO

Qarabağın bərpasına xərclənən vəsait AÇIQLANDI

Şoyqunun müavininin qardaşı oğlu Ukraynada öldürüldü

"Böyük Yeddilik" ölkələrindən Ukrayna ilə bağlı qərar verdi

Orban Rusiyaya qarşı sanksiyaları “atom bombası” adlandırdı

Hollivud ulduzunun Rusiyaya girişi ömürlük qadağan edildi

Bir gecədə qurdlardan XİLAS OL - KÖKÜNÜ QURUDACAQ - VİDEO

ANAMA tərəfindən FHN əməkdaşlarına təlim keçirilir

Qaydaları pozan 25 sürücü barəsində protokol tərtib olundu

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdindən İlham Əliyevə TƏBRİK

Bütün xəbərlər