BAKU Azərbaycan
°C

Gundem.az-ın suallarını Milli Məclisin deputatı, professor Eldar Quliyev cavablandırıb. 

Müsahibəni təqdim edirik. 

- Eldar müəllim, “Azpolitika.info” saytında dərc edilmiş yazıda sizinlə bağlı bir sıra iddialar irəli sürülüb. Qeyd olunub ki, siz elmi titulları pulla almısınız. Müəllif yazısında işarə edib ki, siz pulla alınan feyk diplomların zəngin kolleksiyasına sahibsiniz. 

- Bu titulları mənə yazdığım kitablara görə veriblər. Kitabım Almaniyada nəşr edilib, təqdimatı Romada olub.  8 xarici ölkədən qonaqlar gəlmişdi. Əsərlərim BMT-nin Cenevrədə kitabxanasında saxlanılır. Mənə qədər orada bir nəfər də olsun, azərbaycanlı alimin kitabı olmayıb. Ora “Axundov” kitabxanası deyil. Hər kitabı qəbul etmirlər. Mənim kitabım 6 ekspertin rəyi ilə nəşr edilib. Buna görə nə onlar mənə pul verib, nə mən onlara. Bu gün dünyada ən ciddi məsələ ərzaq təhlükəsizliyi ilə bağlıdır. Mənim kitabım da bu haqda olub. Getsinlər bir dənə xaricdə kitab çıxarsınlar. Çıxara bilərlər? O qədər maneələr var ki… 

- Yazıda həmçinin bildirilib ki, siz Azərbaycan Ağsaqqallar Şurasının qərarı ilə Türkmənistanın sabiq prezidenti Qurbanqulu Berdıməhəmmədova “Fəxri ağsaqqal” Qızıl ordenini təqdim etmisiz. Bu məsələyə də aydınlıq gətirməyinizi xahiş edirəm.

- Mən türkdilli dövlətlərin parlamentlərinin fəxri millət vəkiliyəm. İndi türkdilli dövlətlərin Ağsaqqallar Şurası da yaradılıb. Binəli Yıldırım onun sədridir. Həsən Həsənov orada təmsil olunur. Qurbanqulu Berdıməhəmmədov Türkdilli Dövlətlər Birliyi təşkilatının üzvüdür. Biz 6 türk dövlətinin birliyi üçün çalışırıq və fəaliyyətimizin bütün aspektlərini mətbuata açıqlamırıq. Buna görə bizə maaş verilmir. Nə ediriksə, öz gücümüzə edirik. Mən Qaradəniz Əməkdaşlıq Şurasının Azərbaycan nümayəndəliyinin rəhbəriyəm. Xəzərin statusu həll olunmamışdı, Qurbanqulu Berdıməhəmmədov hakimiyyətə gələndən sonra məsələ həllini tapdı. Xəzərdə “Dostluq” yatağı vardı. Az qala, müharibə həddinə çıxmışdıq. Onlayn konfrans keçirildi. Biz də onu izləyirdik. 50/50-yə güzəştə gedib məsələni həll etdilər. Biz eyni kökdən olan oğuz türklətiyik. Düzdür, Türkmənistan bir qədər qapalı dövlətdir. Amma zəngin ölkədir. Hər şeyləri var. İndi orada prezident Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədovdur.

Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi mən və şuranın bir neçə üzvü bu ayın əvvəlində Türkmənistana səfər edib, Qurbanqulu Berdıməhəmmədovla görüşdük.  Mən ona  “Fəxri ağsaqqal” Qızıl ordenini təqdim etdim. Təsəvvür edin ki, orada zal dolu idi, hər kəs də ayaqüstə Qurbanqulu Berdıməhəmmədovu qarşılayırdı. Biz ikimiz birlikdə zala daxil olduq. Mən ona dedim ki, siz qabaqda gedin, mən arxanızca gedirəm. Qurbanqulu Berdıməhəmmədov əlimdən tutub dedi ki, yox, birlikdə gedəcəyik. Nə pul? Mən elə bir adama pulla orden sataram? Mən bayramda minlərlə adama iftar süfrəsi verdim. Mənim atam, babam imkanlı şəxslər olublar. Hacinskilərin doğma bacısı uşaqları olublar. Hər şey pulla ölçülə bilməz. Mən Əslzadələr Birliyinin üzvüyəm. 

Bir məqamı da qeyd edim. Türkmənistanda məlum konfransda Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko da iştiak edirdi. Biz Qurbanqulu Berdıməhəmmədova “Fəxri Ağsaqqal” ordenini təqdim edəndə ruslar qıcıqlanırdılar ki, bunlara bax, Bakıdan gəlib burada orden verirlər və s. Üzərindən bir neçə gün keçəndən sonra Putin gənc prezident Sərdar Berdıməhəmmədovu təltif etdi. Siz Rusiyanın “podxod”unu gördünüz, indi? 

- Azərbaycanda bir ara Nyu York Elmlər Akademiyasının üzvü olmaq dəbdə idi. Sonra məlum oldu ki, bu akademiya adi QHT-dir və kim istəsə, illik ödənişini etmək şərtilə ora üzv ola bilər. Azərbaycanda elm adamları nə üçün belə ucuz şöhrət dalınca qaçırlar? Niyə müxtəlif yollarla əldə etdikləri elmi titullarla öyünürlər?

- Mən bu barədə heç nə deyə bilmərəm.  Nyu York Elmlər Akademiyasının üzvü deyiləm. Mən üzvü olduğum elmi mərkəzlərin bir stəkan çayını belə içməmişəm. Sırf kitabıma görə məni elmi birliklərə üzv edib, orden və medallarla təltif olunmuşam. Mənim ucuz şöhrətə ehtiyacım yoxdur. Kitabım Almaniyada nəşr ediləndə mənə dedilər ki, satışın 20 faizi mənə qonorar kimi ödəniləcək. Ödəmədilər. Sonra özümə kitab lazım oldu. Öz kitabımı mənə 52 avroya satdılar.

- Etiraf edək ki, bu gün Azərbaycan alimləri dünya elmində gedən proseslərlə ayaqlaşa bilmirlər, yeniliklərdən geri qalırlar. Amma onların samballı elmi titulları var…

- Mən özümü dünya şöhrətli alim saymıram. Mənim sahəm qida təhlükəsizliyidir. Bu sahə üzrə elmi araşdırmalarımı aparıram. Mən Qətərdə olanda onların şeyxlərindən biri ilə görüşdüm. Dedim sizdə su problem yoxdur, nə üçün əkinçiliklə məşğul olmursuz. Dedi ki, neftimiz, qazımız var. Satıb qida məhsulları alırıq. 2008-ci ildə dünyada qida böhranı oldu. Ərzaq istehsal edən 40 dövlət xaricə satışı dayandırdılar. İndi dünyada qida təhlükəsi yarananda ərzaq məhsulları istehsal edən ölkələr onu satmayacaq. Mən Qətər rəsmilərinə təklif etdim ki, torpaqlarını çınqıldan təmizləyib, soğan, kartof əksinlər. Qətər şeyxi bizdən ərzaq məhsulları istəyirdi. Dedim ki, vermək olar, amma gərək siz də nəsə əkib becərəsiniz. Mən hansı ölkəyə gedirəmsə, oranın torpağına baxıram. Azərbaycanda hazırda taxıl problem var. Bizdə məhsuldarlıq aşağıdır. Mən Vyanada olanda orada gedib taxıla baxdım. Hektardan 85 sentener buğda götürürlər. Bizdə heç hektardan 30 sentener yığmaq olmur. 

- Azərbayanda yalançı adlar, diplom və ordenlər satan “elm adamları” var. Onlar hətta BMT kimi mötəbər təşkilatların adlarından istifadə edib imkanlı şəxslərə, müğənnilərə diplomlar, fəxri adlar satırlar. Buna münasibətiniz necədir?

- Elmdə ad-titul boş şeydir. Əsas odur ki, yaxşı təhsil alasan, magistratira, doktranturanı bitiriən, elmi araşdırmalarla məşğul olasan, kitab çıxarasan. Mən arada özümü akademiyaya vermişdim. Kitabım çıxmışdı. Özümü tədim edəndə dedilər ki, sən seçiləcəksən. Amma axırda gəlib Torpaqşünaslıq İnstitutuna 20 gün sədrlik etmiş bir naxçıvanlını seçdilər. Heç kitabı da yoxdur.  

- Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də AMEA-ya qısa müddət ərzində rəhbərlik etdi. Onun rəhbərliyi AMEA-ya nə verdi?

- Hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Mən özüm heç vaxt burnum keçməyən yerə başımı soxmaram. Ramiz Mehdiyev ağsaqqal adamdır, dövlət işində çalışıb, xidmətləri olub. Bunu danmaq olmaz. Amma elm ayrı şeydir. Mən deyim ki, güclü aliməm, bu yalan olar. Məndən də güclü alimlər var. Mən övladlarıma da deyirəm ki, əgər bir şeyi bilmirsinizsə, onunla məşğul olmayın, kimlərinsə yerini dar eləməyin. 

Söhbətləşdi: Nurlan   

Son xəbərlər

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində İŞLƏYİR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ

"Bu, onu göstərir ki, ABŞ və Fransa münaqişənin bitməsini istəmir" - Ceyhun Məmmədov

Narkotik təsir altında olan sürücü SAXLANILDI 

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

Deputat yarımçıq tikililərdən DANIŞDI: "Tədbir görülməlidir"

Rusiyada hərbi təyyarə qəzaya uğradı, ölən var - FOTO 

Bütün xəbərlər