BAKU Azərbaycan
°C

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gundem.az  xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına ən xoş və səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.

Son illərdə Sizin rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən genişmiqyaslı və səmərəli islahatlar nəticəsində xalqınızın həyat səviyyəsi və rifahı durmadan yüksəlir, tarixi ədalət bərpa olunur, ölkənizin beynəlxalq müstəvidə nüfuzu və etibarı bütün istiqamətlərdə artır. Bütün bu mühüm nailiyyətlər qardaş xalq kimi bizə böyük məmnunluq bəxş edir.


Əminəm ki, birgə qətiyyətli səylərimiz sayəsində Özbəkistan ilə Azərbaycan arasında davamlı olaraq inkişaf edən çoxşaxəli və uzunmüddətli əlaqələr bundan sonra da genişlənəcək, gələcəkdə yüksək səviyyəli danışıqlarımız nəticəsində strateji tərəfdaşlığımız tamamilə yeni səviyyəyə yüksələcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə və bütün ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni müvəffəqiyyətlər, dost Azərbaycan xalqına isə sülh, davamlı inkişaf və firavanlıq diləyirəm".

Son xəbərlər

Əli Əsədov qərar imzaladı

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Azad olunan Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO

Elektrik avtomobilləri ucuzlaşır, satışları ARTIR

İnklüziv təhsil nədir və necə qurulmalıdır? - Ekspertdən AÇIQLAMA 

Litva XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmanı MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Erməni ordusu Qazaxın kəndlərindən GERİ ÇƏKİLİR - VİDEO

Uşaq ölümlərinin əsas səbəbi AÇIQLANDI - STATİSTİKA

Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Əvvəllər də qanunsuzluq etmiş MTK yenə İŞ BAŞINDA: Bu dəfə yanğın törətdilər - FOTO/VİDEO

Nazirdən Nəzrinlə Mərdana hədiyyə - FOTO

İlham Əliyev: "Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var"

Dövlət başçısı: "İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik"

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

"Paşinyanı 4 kəndi sülh yolu ilə qaytarmağa vadar edən 44 üstəgəl bir gündür!" - Zahid Oruc

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

Millət vəkilləri Xəzərdə süni adanın inşası ilə bağlı məsələni MÜZAKİRƏ ETDİLƏR

Prezident ADA Universitetində forumda iştirak edir

Bütün xəbərlər